03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat oğlunun yaxtasından dənizə düşüb boğulan modelin qəbrinin fotosu yayıldı

23 İyun 2018, 13:51
Seçmə, Manşet
A A
Deputat oğlunun yaxtasından dənizə düşüb boğulan modelin qəbrinin fotosu yayıldı

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən ölüm işindən 1 ilə yaxın vaxt ötür.

Keçən dövr ərzində Günel Mirzəyevanın mübhəm ölümü ilə bağlı düyünlər açılsa da, əsl həqiqət ortada olsa da, kimsə cəzalandırılmayıb.

24 saat.org saytı xəbər verir ki, Hummet Bedelov adlı sosial şəbəkə istifadəçisinin profilindən aydın olur ki, “Miss Lafarella” yarışmasının qalibi olmuş Günel Mirzəyeva iddia olunduğu kimi Lənkəran qəbristanlığında deyil, Bakıda, “Qurd qapısı” deyilən ərazidəki məzarlıqda torpağa tapşırıblar. Belə məlum olur ki, Günel Mirzəyevanın məzarına hər həftə yaxınları baş çəkirlər, onun məzarı üstünə gəlib-gedənlər var. Həmin şəxslər sırasında deputat Elmira Axundovanın, onun oğlu Həbib Axundovun olub-olmaması bilinmir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

24saat.org saytının elektron poçtuna göndərilən məktubda isə Hümmət Bədəlov iddia edir ki, mətbuatda ilk gündən ölüm işində məhz Həbib Axundovun adı çəkilirdi. Bildirilirdi ki, Günel Mirzəyevanın Həbiblə münasibətləri var. Həbib Axundov ilk vaxtlar bu əlaqəni ciddi şəkildə inkar etsə də, sonradan üzə çıxan faktlar onun yalan danışdığını üzə çıxardı. Bilindi ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundova məxsus yaxtada çıxıb və naməlum şəraitdə suya düşərək boğulub. 4 günlük axtarışlardan sonra gənc xanımın tanınmaz hala düşmüş meyiti dənizdən çıxarıldı. Həmin günlərdə onun hamilə olması xəbəri də yayılmışdı. Meyit Sabunçu morquna aparılandan sonra orada gənc xanım cansız bədəni zahiri müayinə edilmiş və ailəsinə təhvil verilmişdi. Ekspertiza keçirib gənc xanımın hamilə olub-olmaması sualına aydınlıq gətirməmişdilər. Meyit tam ekspertizadan keçirilməmiş halda basdırıldı, onun hamilə olub-olmaması sualı da açıq qaldı. İlk baxışdan adi görünən bu suala cavab axtarılması əslində sirli bir cinayətin üstünü aça bilərdi. Gənc xanımın məhz hamilə olduğu üçün bu şəkildə aradan götürülməsi haqda fikirlər təsdiqlənə bilərdi. Baxmayaraq ki, 2017-ci il iyunun 24-də mübəm şəkildə dənizdə boğulan gənc bir xanımın ölümünün 1 ili tamam olacaq, müstəqil ekspertlər bu məsələnin araşdırılması üçün tibb elminin kifayət qədər inkişaf etdiyini deyirlər. Bildirirlər ki, meyir ekshumasiya olunsa, bu məsələ aydınlaşdırıla bilər. Sosial şəbəkədə yayılan digər bir məlumata görə Günel Mirzəyevanın ölümündən sonra onun ailəsinə deputat Ağalar Vəliyevin inşa etdirdiyi binalardan birindən mənzil bağışlanıb.

 

 

 

 

 

 

 

 

 

 

 

Hətta həmin evdə Günel Mirzəyevanın ölümündən sonra ərindən boşanmış bacısının yaşadığı haqda da xəbərlər var. Həmin mənzilin ailəyə Həbib Axundov və ya onun deputat anasının bağışladığı haqda səhih məlumatlar yoxdur. Yada salaq ki, Elmira Axundova Günel Mirzəyevanın müəmmalı ölüm işindən danışarkən demişdi ki, hadisə baş verəndə Bakıda olmayıb. Deputat əminliklə bildirmişdi ki, oğlu da Günel Mirzəyeva müəmmalı şəkildə dünyasını dəyişərkən orada olmayıb! “Deyə bilərəm ki, oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub” – deyə Elmira Axundova oğlunu təmizə çıxarmağa çalışmışdı.

Maraqlı odur ki, deputat əvvəl gündən niyə yalan danışır? Sanki oğlunun günahsız olmasını sübut etmək üçün dəridən-qabıqdan çıxır? Nitqini “Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. Təfərrüatları tam olaraq bilmirəm. Bu hadisəni şişirdənlər də bizim düşmənlərimizdir” kimi gülünc fikirlərlə davam etdirib hər kəsi günahkar bilirdi, bircə oğlundan savayı. İndi isə bilinir ki, gənc qızı o dövrdə basdıranda belə Həbib Axundov orada olub. Görəsən Elmira Axundovanın oğlu Həbib Axundov dənizdə batanların dəfinində iştirak etmək öhdəliyi götürüb yoxsa başqa səbəblər var?

 

 

 

 

 

 

 

 

 

 

 

Fakt odur ki, gənc bir xanım dənizdə batıb. Onun müəmmalı şəkildə batarkən hamilə olması xəbəri də ortadadır. Gənc xanım dənizdə batandan sonra ailəsinə mənzil bağışlayıblar. Bu da bilinir. O da məlumdur ki, həmin mənzil Elmira Axundovanın həmkarı, deputat yoldaşı Ağalar Vəliyevin inşa etdirdiyi binadandır. Bundan başqa, gənc xanım müəmmalı şəkildə ölənə qədər Həbib Axundovun adına olmuş maşını sürüb.

Qalır bircə sosial şəbəkələrdə yayılan bu xəbərləri araşdırıb Günel Mirzəyevanın ölümü üzərinə çəkilən sir pərdəsini kənara tullamaq.

24saat.org

Əvvəlki yazı

“Kontakt Home” mağazalar şəbəkəsi istehlakçıları aldadır – FAKTLAR

Sonrakı yazı

Millət vəkili Q.Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşüb və Azərbaycanla bağlı geniş məlumatlar verib

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.