07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat oğlunun qərarı ləğv olundu – Foto

27 Noyabr 2019, 17:19
Uncategorized
A A
Deputat oğlunun qərarı ləğv olundu – Foto

Bakıda qızıl alverçilərinin pul mübahisəsi sonda cinayət işi ilə nəticələnib və tərəflərdən biri bu işə nəzarət edən prokuror, deputat Çingiz Qənizadənin oğlu Elgiz Qənizadədən narazı qalıb.

“Qafqazinfo”ya müraciət edən Mətanət Əyyubova bildirib ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin kitabxanasında işləyərkən həmkarı Xanım adlı qadınla qızıl alveri edib:

“Mən qohumumdan qızıl götürüb Xanıma verirdim, o da satırdı. Xanım qızılları Mərkəzi Poçtda işləyən Gözəl Abasquluyevaya verirdi. Bir neçə dəfə satışdan sonra mən Gözəllə tanış oldum, dedi ki, Xanımı vasitəçilikdən çıxaraq özümüz birbaşa işləyək.

Belə də razılaşdıq, Gözəl ilk vaxtlarda götürdüyü qızılların pulunu verirdi. Bir neçə ay sonra ödəniş dayandı. Gözəlin mənə olan borcuna görə notariusda 66 600 dollarlıq  borc müqaviləsi imzaladıq.

Amma bir müddət sonra Gözəl müqavilənin ləğvi iddiası ilə məni məhkəməyə verdi. Mən də pulun ödənilməsi üçün qarşılıqlı iddia qaldırdım. Məhkəmədə Gözəl etiraf etdi ki, qızılları məndən 60 manat alıb başqa yerdə 30 manata satırmış.

Hakim də dedi ki, deməli, əvvəldən sənin pulu qaytarmaq niyyətin olmayıb. Buna görə məhkəmə cinayət işinin başlanması haqda xüsusi qərardad çıxartdı. Baş Prokurorluq bu işi Bakı prokurorluğuna göndərdi. Orada külli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi başlandı və istintaq aparılması Binəqədiyə tapşırıldı.

Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov cinayət işini aparırdı, istintaqa nəzarəti isə millət vəkili Çingiz Qənizadənin oğlu, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə həyata keçirirdi”.

M.Əyyubova deyib ki, bu işlə bağlı istintaq süründürməçiliklə 2 il davam edib:

“Elgiz Qənizadənin qəbulunda oldum, dedi ki, “boşuna gedib gəlirsiz, Gözəldən heç nə ala bilməyəcəksiz, onu mənə vəzifəli bir qadın məmur tapşırıb”.

Gözəl ifadəsində demişdi ki, qızılları qohumu Ülviyyə Əliyevaya verib. O da Almaniyada idi. Binəqədi polisi onu axtarışa verdi. Ülviyyə Azərbaycana gələndə aeroportda tutuldu və bir neçə ay davam edən məhkəmə prosesindən sonra onun günahsız olduğuna qərar verildi. Bu dəfə Mehman Ələsgərov Ülviyyəni də, Gözəli də bizim iş üzrə təqsirləndirilən şəxs kimi cəlb etdi. 2018-ci ilin aprelin 23-də cinayət işi tamamlandı, vəkillərimiz işlə tanış oldular, aprelin 29-da ittiham aktı məhkəməyə verilməsi üçün Binəqədi prokurorluğuna göndərildi. Amma iş məhkəməyə göndərilmədi, sonradan məlum oldu ki, Elgiz Qənizadə aprelin 5-də cinayət işinə xitam veribmiş. Bunun necə olduğunu heç kim bizə izah edə bilmədi”.

M.Əyyubova qeyd edib ki, E.Qənizadənin bu qərarından məhkəməyə şikayət ediblər:

“Məhkəmə 2019-cu ilin sentyabr ayında Elgiz Qənizadənin xitam qərarını ləğv etdi və istintaqın düzgün aparılmadığına qərar verdi. İndi isə bir neçə ay keçsə də, heç bir iş aparılmır. Bizə deyirlər ki, ümumiyyətlə, cinayət işi itib, arxivdə də yoxdur”.

M.Əyyubova əlavə edib ki, notarial müqavilədən başqa, Gözəl Abasquluyevanın qızılları ucuz qiymətə satıb xərclədiyini etiraf etdiyi səs yazılarını da istintaqa təqdim edib və onlar sübut kimi cinayət işinə əlavə olunub.
Mətanət Əyyubova eyni zamanda polis mayoru Mehman Ələsgərovdan da narazılığını bildirib:

“Cinayət işi materiallarında qeyd olunmuşdu ki, Gözəl Abasquluyeva istintaq dövründə dəyən ziyandan 5 min manat ödəyib. Amma bu pul bizə verilməyib. Cinayət işində bu barədə protokol, qəbz yoxdu. Pul depozit hesaba da qoyulmayıb. Həmin 5 min manatın ödənilib-ödənilmədiyi yaxud hara getdiyini də bilmirik. Bu işlə bağlı hüquq-mühafizə orqanlarının rəhbərliyinə də müraciət etmişik”.

Ülviyyə Əliyeva istintaqa ifadəsində qohumu Gözəl Abasquluyevanın qızılları satıb özü üçün xərclədiyini deyib: “Gözəldən niyə qızılları ucuz qiymətə satıb yeyib-içməyə, kef məclislərinə, münasibətdə olduğu şəxslərə xərclədiyini soruşdum. Gözəl dedi ki, “əşşi gedib 3 il yatıb gələcəm, deyəcəm Antalyada idim”.

***

Məqalə saytımızda yayımlandıqdan bir qədər sonra M.Əyyubova redaksiya ilə əlaqə saxlayaraq bildirib ki, artıq onun müraciətinə ilkin reaksiya verilib. Belə ki, onunla əlaqə saxlayaraq Binəqədi rayon prokuroru Nazim İmanov və müavini Elgiz Qənizadənin onu bu gün, noyabrın 27-də qəbul edəcəyini deyiblər.

 

Əvvəlki yazı

“Barselona”- “Borussiya” döyüşü – Gecənin oyunu

Sonrakı yazı

Prezidentdən Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.