04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat oğlunun Malta və İngiltərə biznesi – Foto/Sənəd

09 Noyabr 2019, 10:58
Manşet, Banner
A A
Deputat oğlunun Malta və İngiltərə biznesi – Foto/Sənəd

Uzaq Mərkəzi Amerikadakı Belizedə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da…

Reportyor.info-nun məlumatına görə, jurnalist Cavanşir Həsənli “facebook” hesabında belə yazıb. Onun sözlərinə görə, deputat Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev bir tərəfdən Karib dənizi, digər tərəfdən qalın cəngəlliklərlə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirəndə 25 yaşı vardı.

O zaman Londondakı Regent’s Business məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır.

Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizedə qeydiyyatdan keçirdiyi ROSSMORE LTD və FİRSTCİTY LTD (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri paytaxtın Corner Eyre və Huston küçələrinin kəsişməsindəki Blake Building ofis mərkəzində fəaliyyət göstərir.

Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin və onun həyat yoldaşının (məşhur işadamı Bəylər Məmmədovun qızı) adı çəkilir. Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkət təsis olunub.


TİLLCROFT VENTURES L.P. beynəlxalq ticarət və maliyyə şirkətinin (qeydiyyat nömrəsi: SL007408) bu ilin mayında reyestrə daxil edilmiş sənədlərində də Kamal Hacıyevin adı keçir.
Offşor şifkətlər üzərindən Britaniya Krallığında, Edinburqda 2009-cu ilin noyabrın 24-də təsis edilən WESTABBEY CONSULTANTS L.P. (qeydiyyat nömrəsi: SL007506) şirkəti də ticarət və investisiya sahəsində fəaliyyət göstərir.

Həmin il London yaxınlığındakı kiçik Elstree şəhərində daha bir şirkət UNICOAL LLP (qeydiyyat nömrəsi: OC343245) təsis edilib. Sənədlərdə şirkətin hüquqi ünvanı Nicholas Close küçəsi 1 kimi qeyd olunub. Lakin 4 il sonra, yəni 2015-ci il noyabrın 15-də şirkət ləğv edilib.

2012-ci ilin fevralında təqdim edilmiş maliyyə hesabatına görə şirkətin dövriyyəsi 4 milyon 352 min 771 dollar təşkil edib.

Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumunun araşdırmasına görə Kamal Hacıyev Maltada daha bir şirkətin təsisçilərindən biridir və direktor vəzifəsini icra edir. LENSTOR ENTERPRISES LTD Maltada 2008-ci il oktyabrın 14-dən SAN GWANN, CAPITAL BUSINESS CENTRE-də (qeydiyyat nömrəsi: C45347) fəaliyyət göstərir.

Bu adda daha bir şirkət Türkmənistanda deputatın qudası, işadamı Bəylər Məmmədovun direktorluğu ilə fəaliyyət göstərir. İşadamı ötən ilin noyabrında Londonda da ticarət şirkəti açmışdı. Kamal Hacıyevin həyat yoldaşının da şərik olduğu OC424907 LLP (ilk adı LENSTOR TRADING LLP) bu ilin avqustun 13-də qapadılıb.

 

Cənab Məmmədov Belizedə qeydiyyatdan keçmiş şirkətlər üzərindən Londonda LENSTOR TRADING LLP adı ilə daha bir şirkəti ötən il dekabrın 10-da qeydiyyatdan keçirib. Bu şirkətin təsis olunmasında Bəylər Məmmədovun Dubaydakı MBF GROUP DWC-LLC şirkəti də iştirak edib.

Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyevin köməkçisi Anar Cabbarov bildirib ki, Sabir Haciyevin ailə üzvləri heç bir dövlət təşkilatında çalışmır: “Sabir müəllimin nə Azərbaycanda, nə də ki xarici dövlətlərdə heç bir şirkəti yoxdur. Sabir müəllim ümumiyyətlə bizneslə məşğul olmur”.

Əvvəlki yazı

Şeron Stoun yenə məşhur səhnədə – Foto

Sonrakı yazı

Xoşbəxt Yusifzadə: “Prezident dedi ki, hələ otur, işlə!”

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.