20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Maydakı yoluxmanı təkrarlaya bilərdik”

05 Avqust 2020, 10:14
Uncategorized
A A
Deputat: “Maydakı yoluxmanı təkrarlaya bilərdik”

Avqustun 31-dək kafe-restoranlar, “Mall”lar, kiçik geyim dükanları, o cümlədən metro fəaliyyət göstərə bilməyəcək. Eyni zamanda, həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Habelə, toy-yas, bölgələrə gediş-gəliş qadağası qüvvədə qalır, uşaq əyləncə mərkəzləri, kinoteatrlar, sərgi zalları, muzeylər, idman-sağlamlıq mərkəzləri həmin tarixə qədər qapalı olacaq.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bu mövzuda qeyd edib ki, hər birimiz yoluxma statistikası ilə maraqlanırıq və xəstələnənlərin əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirik. Onun sözlərinə görə, yoluxma tempi getdikcə azalacaq və səbəb məhz sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır.

“Ölkənin 13 şəhər və rayonunda SMS icazə sisteminin tətbiqi, əhalinin sıx toplaşma yerlərinə məhdudiyyət qoyulması öz müsbət nəticəsini verir. Ona görə virusa yoluxmanın azalmağa doğru getdiyi vaxtda karantini tamamilə götürməklə may ayındakı yoluxmanı təkrarlaya bilərik, hətta  gündəlik xəstə sayı bir neçə mini ötə bilər. Necə ki, bəzi ölkələr pandemiyanın ağır təsirlərini yaşayır”, – deyə deputat vurğuladı.

A.Mirzəzadənin fikrincə, Operativ Qərargahın karantini uzatması yoluxma tendensiyasını tamamilə sıfıra endirməyə hesablanıb: “Biz sentyabrın əvvəlinə qədər yoluxanların minimuma enməsini görə bilərik. O zaman bir çox iş yerləri də açıla, müəyyən məhdudiyyətlər də aradan götürülə bilər.

Bu gün yalnız SMS icazənin ləğvi və çimərliklərin açılması qərarı göstərir ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir və bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır.

Bütün vətəndaşlarımız əvvəlki həyatına qayıtmaq istəyir. Amma pandemiya üzündən toylar keçirilmir, o deməkdir ki, az uşaq dünyaya gələcək, 7 il sonra məktəbə gedənlərin sayı azalacaq, 17 il sonra ali təhsil alanların statistikasında eyni rəqəmləri görə bilərik. Bütün bunların baş verməməsi, uzanmaması üçün yoluxmanı sıfıra endirmək lazımdır”.

Əvvəlki yazı

Baş infeksionist: “Yoluxma azalsa da, heç də aşağı deyil”

Sonrakı yazı

Razi Nurullayev: “Hər şeyə “mız” qoyurlar”

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.