10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat Məlahət İbrahimqızı Araz Əlizadəni qınadı:”Hər bir məsələ ilə bağlı mübarizə kişi kimi aparılmalıdır”

11 Yanvar 2019, 22:54
Seçmə
A A
Deputat Məlahət İbrahimqızı Araz Əlizadəni qınadı:”Hər bir məsələ ilə bağlı mübarizə kişi kimi aparılmalıdır”

Deputat Araz Əlizadə həbsdə olan bloqçu Mehman Hüseynovu təhqir edərək, onun ünvanına “yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətməsi sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub.

Əksəriyyət Araz Əlizadənin deputata yaraşmayan ifadə eşlətdiyini və etik normaları pozduğunu vurğulayır.

Yeri gəlmişkən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda – mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maraqlıdır, həbsdə olan bloger Mehman Hüseynovu təhqir etdiyinə görə deputat Araz Əlizadənin məsələsinə parlamentin İntizam Komissiyasında baxıla bilərmi?

Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, istənilən məsələ ilə bağlı mübarizə ədəb – ərkan, mədəniyyət, əxlaq və etika çərçivəsində olmalıdır:

“Mənim düşüncəmə görə, hər bir məsələ ilə bağlı mübarizə kişi kimi aparılmalıdır. Burada kişi  cinsiyyət anlayışı kimi nəzərdə tutulmur. Bizdə kişi sözü həm də insanlıq, mərdlik, düzgünlük rəmzi deməkdir. İnsan ən anlaqsız vəziyyətdə olduqda belə, etika qaydalarından kənara çıxmamalıdır. Ədəb, mərifət, etika bizim Azərbaycan xalqının ən böyük dəyərləridir. Allah təala dünyada nə qədər canlı yaradıb. Ancaq insanı onlardan fərqlənidrən iki cəhət var. Biri onun ağlı, digəri isə ədəbidir”.

İntizam Komissiyasının üzvü  qeyd edib ki, mətbuatda, iclaslarda, ictimaiyyət  içərisində bu cür danışıqlara, davranışlara yol verilməməlidir.

“Bizim qadınlarımız, anamız, övladlarımız, nəvələrimiz var. Biz öz ailəmizin yanında etikadan kənar danışa bilərikmi? Xeyr! Hesab edirəm ki, kimsə etikadan kənar danışırsa da mətbuat onu verməməlidir. Əvvəllər belə bir şey var idi ki, kimsə etikadan kənar danışanda onun sözü qara xətt ilə verilirdi. Mətbuat dedikdə təkcə xəbər yazmaq başa düşülmür. Mətbuatın funksiyalarından biri maarifləndirmək və əyləndirməkdir. Mən sizin vasitənizlə də bütün mətbuat nümayəndələrindən xahiş edirəm ki, kimsə elə ifadələr işlədəndə onu verməsinlər”.

Əvvəlki yazı

Prezident İlham Əliyev:”Ermənistan konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb”

Sonrakı yazı

Anar Məmmədov: “İttihamın kökündə jurnalist fəaliyyətim durur”

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.