29-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat məktəbli qızın intiharından yazdı:“Savadsız direktor, ideyasız müəllim…”

09 Aprel 2019, 09:16
Gündəm
A A
Deputat məktəbli qızın intiharından yazdı:“Savadsız direktor, ideyasız müəllim…”

Milli Məclisin üzvü Fazil Mustafa Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş intihar hadisə ilə bağlı yazıb.

Strateq.az həmin yazını təqdim edir:

– Məktəbli qızın ölümü barədə yazıları oxudum. 14 yaş özlüyündə psixoloji dəyişimin ən sərt qaydalarını uşaqlara yoluxdurur. Sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyl… Doğrudur, günahkar kimdir sualının cavabını hüquqi anlamda istintaqın gedişi söyləyə bilər. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil. Əlbəttə, dünyagörüşü məhdud bir direktorun ifadələri “günah keçisinin” varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, ancaq yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi?

 

Bu intiharda Nobel mükafatı laueratı Markesin məşhur “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin süjetini doğrudanmı xatırlamadınız? Uşaq məktəbə virusu ailədən daşıyır. Boşanmaların sayının artmasından, narkomaniyanın, alkoqolizmin, əxlaqsızlığın bir qisim ailələrin içində şaxələnməsi səbəbinə görə bu virusun uşaqlara necə yoluxmasından xəbərsizikmi? Eyni zamanda uşaq məktəbdən virusu ailəyə daşıyır.

Savadsız direktor, məktəbə, bağçaya sadəcə iş yeri kimi baxmağa məhkum edilmiş ideyasız müəllim çoxluğundan xəbərsizikmi? Ailə başçısı ilə məktəb başçısı, habelə sinif başçısı bir çox hallarda uşaq üçün yaxşı və ya pis mənada oxşar obrazlardır. Azərbaycanda bu gün ailə dəyərləri də, məktəb dəyərləri də mənəvi kateqoriya olmaqdan çıxıb, statistik meyarlara calaq edilib. 2 uşaq, 100 manat müavinət, 4 repititor, 12 illik təhsil, 1-ci ixtisas, 450 bal və s. Ailə ilə məktəb arasındakı uçrumun üzərindəki körpü özlüyündə elə intihar körpüsüdür. 50 il öncə də, bu gün də fərqli ictimai-siyasi formasiyalarda təhsilə qeyri ciddi yanaşan bir cəmiyyət özəlliyimizi hələ də dəyişməmişik.

Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər də ola bilər, məktəb yoldaşlarının lağlağısı və yaxud şantajı da səbəb ola bilər, ailədəki psixoloji sarsıntı da… Hətta bəlkə də bu məsələdə ən günahsız köntöy ifadəsi ilə gündəmə gələn və işdən qovulan direktor ola bilər. Ehtimalları bir tərəfə qoyuram. Ailələrdəki durumu da. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına çox vaxt müdaxilə edə bilmirik. Ancaq müdaxilə edə biləcəyimiz bir sfera var, o da məktəbdir. Çoxlu təmaslarım olur, direktorlarla da, müəllimlərlə də. Vallah intellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi bənzəmirlər direktora, bənzəmirlər müəllim obrazına… Bu təyinatların doğru meyarını tapmaq lazımdır, şagirdi intihardan saxlaya biləcək qüdrətə, təfəkkürə sahib direktoru, müəllimi kəşf etmək çətin deyil. Marsdan gətirmək imkanımız yox, doğru. Ancaq savadlı, sağlam düşüncəli, gözəl əxlaqlı, ideyalı insanları məktəblərin, universitetlərin, peşə məktəblərinin, kolleclərin, bağçaların başına gətirmək Marsa uçmaq qədər çətin deyil axı…

Əvvəlki yazı

Ramil Usubov DYP rəisini işdən çıxardı

Sonrakı yazı

DÜNYANIN ƏN ZƏNGİN QADINLARI…- Milyardlara sahib olan bu qadınlar necə varlanıblar?

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.