“Nəzarət yoxdursa, lombardlar bağlanmalıdır”.
Reportyor.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, bu gün lombardlarla bağlı şikayətlər səngimək bilmir. Faizin yuxarı olmasından, lombardların müştərilərin qızıllarını ələ keçirməsindən, lombard sahiblərinin qızılları götürüb qaçmasından və s. çoxsaylı şikayətlər var:
“Bu şikayətlər mövcud olduğu halda heç bir qurum tərəfindən tənzimlənməyən, nəzarətsiz olan lombardların fəaliyyəti kimin üçün sərfəlidir? Lombardların iqtisadiyyata da xeyri yoxdur. Əksər lombardlar mövcud fəaliyyətlərini vergidən yayındırmaqla, işçilərini rəsmi qeydiyyata almamaqla daha çox sələmçilik fəaliyyəti göstərirlər. Bunun da iqtisadiyyatımıza heç bir xeyri olmadığını görürük. Əksinə, bu fəaliyyətdən narazı olan əhali sonunda dövlət və dövlət qurumlarını hədəf alır. Bəs nə etmək lazımdır? Mərkəzi Bank problemin həllini necə görür? Bu fəaliyyət sahəsi qanunla tənzimlənib nəzarətedici orqan tərəfindən lombardların fəaliyyətinə nəzarət olunacaq?