Aralıq dənizinin şərq sahillərində yeni bir müharibə alovlana bilər. Hərçənd analitiklər bu riskin yüksək olduğu qədər reallaşmasını az ehtimal hesab edirlər. “Yeni Müsavat” xəbər verir ki, söhbət Yunanıstan və Türkiyənin müharibə ərəfəsində olmasından gedir.
Rəsmi Afina guya hüquqi əsaslarla öz dəniz sərhədlərini genişləndirməyə çalışır. Nəticədə Türkiyənin sahil boyu ərazilərinin Yunanıstanın əlinə keçməsi təhlükəsi yaranır.
İki ölkə arasında Şərqi Aralıq və Egey dənizində yaşanan gərginlik digər maraqlı dövlətlərin də prosesə qoşulmasına səbəb olub.
Yunanlar 1982-ci il konvensiyasını əsas gətirərək, Türkiyə ilə arasındakı ərazi sularının 12 mil olmasını tələb edir.
Türkiyə isə iki ölkə arasında ərazi sularının 1961-ci il konvensiyasına əsasən 6 mil olmalı olduğunu bildirir.
Türkiyə BMT-nin 1982-ci il tarixli 3 nömrəli beynəlxalq dəniz hüququ konvensiyasına qoşularkən dövlət sularını 1961-ci il konvensiyasına uyğun olaraq 6 mil qəbul edib.
Türkiyə bu şərti ona görə qoymuşdu ki, Yunanıstan bu məsafənin nə vaxtsa 12 mil olaraq uzanmasını tələb edə bilməsin.
İndi isə Ankaranı müharibəyə çəkirlər və açıq şəkildə haqsızlığa yol verilərək Afina dəstəklənir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirib ki, Türkiyənin yanındayıq:
“Bu məsələyə bir deputat, bir Azərbaycan vətəndaşı və Türkiyəni sevən insan kimi münasibət bildirmək istərdim.
Azərbaycan Türkiyənin yanındadır, onun ərazi bütövlüyünü, suveren hüquqlarını qorumaq istiqamətində fəaliyyətini dəstəkləyir.
Türkiyənin bu məsələdə də mövqeyi ortadadır. Bu problemin beynəlxalq hüquqa söykənərək həllinin tərəfdarıyıq və danışıqlarla məsələ yoluna qoyulmalıdır.
Ancaq əfsus ki, Türkiyəyə qarşı cəbhə yaratmaq istəyində olan qüvvələr var. Siyahıya baxanda təəssüf hissi keçiririk, bu qüvvələrin içində Türkiyə ilə fikir ayrılığı olan ölkələr birləşiblər.
Halbuki hansısa dövrdən sonra Türkiyə ilə qarşıdurmanın nə özlərinə, nə beynəlxalq birliyin xeyrinə olmadığı qənaətinə gələcəklər. Çünki məsələnin diplomatik yolla həlli lazımdır”.
A.Mirzəzadə qeyd etdi ki, bu işin hərbi yolla həlli perspektivi yoxdur və gərginliyi artırmaq yolverilməzdir: “Bu məsələdə Türkiyəyə təzyiq göstərilməsini pisləyirik.
Türkiyə nüfuzu, qüdrəti, dünyada yeri olan ölkələrdən biridir və heç bir ölkənin ərazilərinə iddia etmir, sülh, əmin-amanlığın olmasını istəyən dövlətdir. Biz bu gərginliyi diqqətlə izləyirik və tezliklə aradan qalxmasını arzulayırıq.
Bir azərbaycanlı kimi qardaş Türkiyənin yanında olduğumu bildirirəm və hərbi təzyiq göstərilməsini pisləyirəm.
Kimsə Türkiyə ilə zarafat etməsin, onun hərbi gücünü yoxlamaq fikrinə düşməsin. Bunu etmək istəyənlər türk əsgərinin öz torpağı üçün hansı fədakarlığı göstərəcəyini bir daha görəcəklər”.