03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “İslahatı əngəlləyənlər “islahatçılar”dır”

18 Oktyabr 2019, 10:50
Gündəm, Seçmə
A A
Deputat: “İslahatı əngəlləyənlər “islahatçılar”dır”

Millət vəkili, BQP sədri Fazil Mustafa “Bakıpost.az” saytına müsahibəsində Prezident İlham Əliyevin son iqtisadi müşavirədəki çıxışı ilə bağlı fikirlərini bildirib, həmçinin Milli Məclis rəhbərliyinin deputatlara bəzi qadağalarından danışıb.

Reportyor.info millət vəkilinin bu maraqlı müsahibəsini oxucularına təqdim edir:

 

– Fazil müəllim, Prezident İlham Əliyevin oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə səsləndirdiyi iradlara münasibətinizi bilmək maraqlı olardı…

– Mənim fikrimcə, birinci növbədə bu proses Milli Məclisdən başlamalıdır. Milli Məclisdə imkanlar daha da genişlənsə, tənqidi fikrə daha çox yer verilsə, yaxşı olar. Çünki biz burda kifayət qədər müxtəlif sahələrdə olan məmurların fəaliyyəti ilə bağlı açıq fikirlər səsləndiririk. “Birinci Milli Məclisdən başlamalıdır”ı ona görə deyirəm ki, əsas qanunverici orqanda daha ixtisaslaşmış şəkildə, daha da peşəkar formada ölkədə olan problemlərin həlli, islahatların aprılması istiqamətində atılan addımların müəyyən neqativ tərəflərinə diqqət yetirilə bilir.

İkincisi, medianın sərbəstliyi qorunmalıdır. Mediada alternativ fikirlərin müəyyən dərəcədə dözümlü qarşılanmasına ehtiyac var. Əgər bu olarsa, tamamilə fərqli bir situasiya yaranar.

Üçüncüsü, siyasi partiyalarla dialoq zəminində bunu etmək olar. Çünki siyasi partiyaların islahatlara dəstək xarakterli bir neçə toplantısı olub ki, biz də orda iştirak etmişik. İndiyə qədər o sənədlərə hər hansı bir şəkildə münasibət bildirilməyib.

Eyni zamanda düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarının da araşdırmalarına etibar etmək lazımdır. Fikir verdinizsə, ölkə Prezidenti səmimi şəkildə dilə gətirdi ki, niyyətimiz nədir və bizə qarşı yaradılan maneələr nədən ibarətdir.

– Sizcə, belə bir vəziyyətdə konkret hansı addımlar atılmalıdır?

– Prezidenti informasiya ilə qidalandıran cəmiyyət mexanizmi işə düşməlidir. Cəmiyyət mexanizmi işə düşməsə, hər bir məmur ancaq şəxsi intriqa zəminində məsələlərin başqasının üzərinə yıxılmasına, başqasını gözdən salmağa yönələn informasiyalar daşıyacaq. Belə bir vəziyyətdə də cəmiyyətdən sağlam informasiya almaq çətin olacaq.

Prezidentin bu mövqeyini cəmiyyət olaraq fəallıqla dəstəkləməliyik. Amma dəstəkləmək imkanları bir az genişlənməlidir. Dediyim kimi, bir az tənqidi mətnin hüdudları genişlənməlidir ki, ölkə Prezidenti məsələlərin daha dəqiq haradan qaynaqlandığını görə bilsin.

Hesab edirəm ki, bu çıxış da son illərdə cəmiyyətə verilən ən açıq mesajdır. Bu fikirləri birmənalı olaraq dəstəkləyirik. Ölkədə islahatın alternativi yoxdur. Bu islahatı imitasiyaya çevirmək istəyən qüvvələr var. Ona görə də, düşünürəm ki, Prezidentin bu səmimi islahat kursunu dəstəkləmək istəyən qüvvələrə meydan verilməsi daha doğru olar.

– İslahatı imitasiyaya çevirmək istəyən qüvvələr daha çox hansı sahələrdədir, kimlərdi?…

– İslahatı əngəlləyən adamlar həm də “islahatçılar”dır. Bunlar məhkəmədə, hüquq-mühafizə orqanlarında, hər yerdə var. Ona görə də, bu məsələlərə daha fundamental yanaşmaq lazımdır.

– Fazil bəy, Prezidentin çıxışında mətbuatla bağlı başqa bir məqam da var idi: mətbuat bütünlüklə məmurların əlindədir. Bunu necə tənzimləmək olar ki, mətbuat məmurların əlində olmasın?…

– Mətbuatın iqtisadi təməli, reklam bazarı doğru qurulmalıdır. Sərbəst iqtisadi mühit olanda hər kəs rəqabət mühitində özünütəbliğə maraq göstərəcək. Bunu da mətbuat vasitəsilə həyata keçirəcək. İndi mətbuat kimi reklam edə bilir? Ancaq məcbur olduğu, yaxud da direktiv olaraq söylənilənləri. Ona görə mətbuat asılı olur. Mətbuatın müstəqilliyi çox vacibdir. Hesab edirəm ki, iqtisadi sistemdə işləyən bu cür mexanizmi dəyişməsək, mətbuatın müstəqilliyinə nail ola bilməyəcəyik. Parlamentin özünün cəmiyyətə çıxışı olmalıdır. Məsələn, parlamentin televiziyası yoxdur. Biz parlamentdən hər hansı bir fikrimizi cəmiyyətə çatdıra bilmirik. Əvvəllər bunu bir az sosial şəbəkə vasitəsi ilə edirdik. Amma indi bu da qadağan olunub. Bu məkanların müəyyən mənada imkanları açılmalıdır. İmkan verilməlidir ki, ən azı sosial mediada fikirlərimizi çatdıraq. Çünki sosial media artıq mətbuatımıza, televiziyalarımıza qalib gəlir. Sosial media artıq ictimai fikri idarə edən əsas mexanizmə çevrilib. Əslində, bu sosial şəbəkələrin mahiyyəti də bir qədər düzgün anlaşılmayıb. Bütün məmurlar, yaxud da siyasətçilər, – hansılar ki, əvvəllər sosial şəbəkələrə fikir verməyənlər, ciddi yanaşmayanlar, – indi hamısı doluşub ora. Elə bilirlər orda çoxluq yaratmaqla, nələrsə etmək olar. Belə çoxluqla nə isə həll olunsaydı, Cənubi Azərbaycanda azərbaycanlılar üçün məktəblər olardı. Çoxluqla deyil, keyfiyyətlə həll olunur məsələlər. Ona görə də, düşüncə sərbəstliyi olmayanda problemlər olduğu kimi qalır.

– Sosial mediadan istifadə qadağınızın olduğunu söylədiniz. Düz başa düşdük?

– Milli Məclisdə səsləndirdiyimiz fikirləri hər hansı bir şəkildə ictimaiyyətə çatdırmağa icazəmiz yoxdur. Mən əvvəllər bunu video şəklində telefonla çəkib paylaşırdım. İndi Milli Məclisdə bunun yolverilməz olduğu bildirildi. Fikirlərimiz heç bir yerdə yayımlanmır. Ancaq jurnalistin ümidinə qalmışıq. Jurnalist ordan iki cümləni çatdırırsa, hesab olunur ki, bununla da həll olunur. O cümlələrin də bəziləri elə redaktə olunur ki, özüm də təəccüblənirəm, bu sözləri mən demişəm?

WhatsAppFacebookFacebook MessengerTwitter

Share

Əvvəlki yazı

Tovuzlu Şəbnəm qaçırıldı – Həbslər var…

Sonrakı yazı

Xanlar Fətiyevin zavodu batır

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.