Həftəsonu sərt karantin rejimində bəzi vətəndaşlar özlərini məsuliyyətsiz apardılar. Başqa ölkələrdə də sərt karantin rejimi tətbiq olunub: amma nə alman, nə türk, nə italyan, nə də çinli özünü bağça uşağı kimi aparır.
Amma biz iki günlük sərt karantin şəraitində anlaşılmayan davranışlara yol verdik: küçədə samovar qalamaq, binanın damında manqal qoyub kabab çəkmək, polisə zibil atmaq və s. ilaxır…
Bir baxın, bu ölkələrin hansında polisin əmrinə tabe olmadılar, hansı avropalı polislə qaçdı-tutdu oynadı?
Əgər Nazirlər Kabineti əvvəl gündən bar-bar bağırıb küçəyə çıxmaq qadağası bəyan edibsə, dəfələrlə karantinin şərtləri, qaydanı pozanları gözləyən cəza xalqın nəzərinə çatdırılıbsa, hər yer bağlıdırsa (kafe, market və s. ) insan niyə küçəyə çıxır?
Operativ Qərargah qaydaları öncədən elan edib, baş nazir Əli Əsədov TV-də danışıb və tələbləri elan edib. Xalqa qabaqcadan xəbərdarlıq edilib ki, bütün ərzaq, dərman və s. tədarükü görsünlər və iki gün evdən çölə çıxmasınlar.
Niyə? Bizə görə…Yoluxma azalsın, koronavirus bəlası sovuşsun, millətimiz əvvəlki həyatına qayıtsın. Di gəl ki, bəzi insanlar lüzum olmadığı halda özlərini işə saldılar, lazımsız yerə karantini pozdular. Axı niyə belə edirik?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, əvvəla bütün bunlar mədəniyyətin, intizamlılığın göstəricisidir.