04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat Fazil Mustafa:”Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığı çoküb”

18 Noyabr 2019, 00:46
Seçmə
A A
Deputat Fazil Mustafa:”Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığı çoküb”

Tanınmış televiziya aparıcısı Rövşanə Ağasəfqızı  etiraf edib ki, ciddi verilişlər hazırlayanda, tamaşaçı qıtlığı yaşanır. O üzdən məcbur qalaraq, istəmədən qeyri-ciddi verilişlər hazırlamalı olur.

Görəsən, niyə tamaşaçı ciddi verilişlərə baxmır?

Reportyor.info xəbər verir ki, millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında cəmiyyətin ən yaralı mövzusuna maraqlı münasibət sərgiləyib:

“Ümumiyyətlə, bizim televiziya məkanında baş verənlər şadlıq evlərində baş verənlərlə tam üst-üstə düşür. Adamlar səslə, yeməklə, ödəniş məbləği ilə, fonoqramla toy məclislərində necə aldanırlarsa, kütləvi şəkildə könüllü aldanmaq istəyən insan sürüsünün tələbləri ilə bu təklif təzad təşkil etmir. Cəmiyyətin böyük əksəriyyəti ciddiliyini itirmiş, vaxtı yola verməklə məşğul olan, bayağılıq mühitində düşüncəni yaxına buraxmayan bir xarakteri mənimsəyib. Doğrudan da ona hansı ciddi verilişi verəsən ki, sözlərin, fikirlərin üzərində düşünsün?

Sadəcə düşünməyə nifrət edən çoxluq var, televiziya da bu siyasəti məhz onların tələbatına görə yürüdür. Hamı bilir ki, artıq Xəzərdən balıq nadir hallarda tutulur, girən kimi toyda soruşur ki, yaxşı balığın var? Hamı bilir ki, araqlar xüsusi sexlərdə doldurulub firma adı ilə toy müştərilərinı sırınır. Yenə də soruşur ki, yaxşı arağın var? Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, minlərlə şadlıq evində, minlərlə restoranda it ətindən, eşşək ətindən dana basdırması adı ilə nəyi versən, ləzzətlə yeyəcəklər.

Televiziyaların, şadlıq evlərinin heç birinin burada suçu yoxdur, müğənni neyləsin ki, hansısa axmaq bir-iki saat fonoqram oxumasına 10-15 min manat pul ödəyəcək. O, imtinamı etməlidir?

Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığı çoküb, il ərzində yalnız beş-on tədbiri xatırlaya bilirsən ki, bayağılıqdan uzaq bir sənət, ədəbiyyat mühitində bir neçə saat zövqlə oturmusan”.

Deputat deyib ki, ötən gün Muğam Mərkəzində Azərbaycanın ustad tarzəni Əkrəm Məmmədlinin 75 illik tədbirində gözəl bir sənət gecəsi yaşayıblar: “Bu mahir tar ifaçısının, 14 muğamı, 94 yallını nota köçürmüş bir şəxsiyyətin sonuncu dəfə aldığı ad bilirsiniz nədir? 1974-cü ildə Naxçıvan MSSR Əməkdar Mədəniyytət işçisi!

Süleyman Abdullayev, Akif İslamzadə kimi dəyərli sənətkarlarımız indi dinməyə də qorxurlar, layiqsiz xalq artisti adını daşıyanlar yığışıb başlarını yararlar e…

Elmdə də belədir. Özü dissertasiyasını, məqaləsini yazan akademik, professor, fəlsəfə doktoru görəndə sevinirsən ki, bu ağ qarğa kimi məmləkətimizdə haradan peyda olub? Ona görə də, televiziyalar da, şadlıq evləri də  bu cəmiyyətin çoxluğunun tələbinə uyğun davranmaqda haqlıdırlar”.

Əvvəlki yazı

Sabahın hava PROQNOZU açıqlandı

Sonrakı yazı

Gürcüstan müxalifəti parlamenti tam blokladı (FOTO/YENİLƏNİB)

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.