06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Bütün sınaqlardan üzüağ çıxacağıq”

21 Mart 2020, 21:35
Siyasət
A A
Deputat: “Bütün sınaqlardan üzüağ çıxacağıq”

Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov XXI əsrin pandemiyasına çevrilmiş koronavirusun yeni növü ilə mübarizə sahəsində ölkəmizdə aparılan qabaqlayıcı tədbirlərə yüksək qiymət vermişdir.

Reportyor.info xəbər verir ki, millət vəkilinin fikrincə, dünyada bütün insanları həyəcanlandırmış bu koronavirus növü bəşəriyyətin daim qayğısız yaşaması, elmin və səhiyyənin müasir səviyyəsinin Yer üzərində bütün mümkün epidemiyaların müalicə edilə biləcəyi mifini amansızlıqla dağıda bildi.

Hazırda dünyanın Çin, ABŞ,Yaponiya, Koreya, İtaliya, İspaniya, İran və digər inkişaf etmiş ölkələri bu virusun “cilovlanmasında” çətinlik çəkirlər, çünki ən müasir müalicə metodları belə virusun qarşısında acizdir.

Hazırda Azərbaycanda dünyanın taleyüklü probleminə çevrilən bu virusun yayılmasının qarşısının alınması istiqamətində bütün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ölkədə virusla bağlı vəziyyətə ciddi nəzarət edir, ardıcıl təşkilati işlər aparır.

Eyni zamanda, Azərbaycanda koronavirusun yeni növünün müəyyən edilib nəzarət altına alınması üçün müasir laboratoriyalar, müalicə üçün kifayət qədər tibbi ləvazimatlar və dərman ehtiyatları, tibbi personal və bütün müvafiq strukturlar bu işə səfərbər edilmişdir.

Millət vəkili vurğulayıb ki, yaranmış vəziyyətdə preventiv, qabaqlama tədbirlərinin daim nəzarətdə saxlanılması, ölkə rəhbərliyinin çox məntiqi, düzgün olaraq müəyyənləşdirdiy taktiki və strateji addımdır. Müalicə metodu olmayan pandemiyadan qorunmağın yeganə yolu onunla qabaqlayıcı tədbirlər vasitəsi ilə etibarlı şəkildə mübarizə aparmaqdır.

K.Qafarov bildirib ki, bu sahədə həlledici addımı məhz insanlar atmalıdır. Onlar zəruri ehtiyac olmadığı halda çölə çıxmamalı, kütləvi tədbirlərə, qələbəlik sahələrə getməməli, qrup halında toplantılardan uzaq durmalıdırlar.

Bu tələblər xüsusilə yaşlı adamlara aiddir. İtaliyada koronavirusun yeni növündən ölənlərin 90 faizindən çoxu yaşı 50-dən yuxarı olan insanlardır.Şəxsi gigyena qaydalarına ciddi şəkildə əməl olunması xəstəlikdən qorunmanın ən əsas tələblərindən biridir.

Millət vəkili sözünə davam edərək demişdir ki, Azərbaycan rəhbərliyinin dəqiq, məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə koronavirusun yeni növünə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Xəstəliklə bağlı epidemioloji şəraitə tam şəkildə nəzarət olunur.

Xəstəliyin geniş yayılmaması üçün bütün zəruri tədbirlər görülür, idarələr, müəssisələr, təşkilatlar, xəstəxanalar, məktəblər, uşaq bağçaları, kütləvi əyləncə məkanları, hətta bir sıra küçə və parklar profilaktiki dezinfeksiya edilir.

Kamaləddin Qafarovun fikrincə, hazırkı şəraitdə xalqımız dövlətin ətrafında sıx birləşməli, verilən bütün qərar və göstərişlər dərhal, operativ şəkildə yerinə yetirilməlidir. Ajiotaj yaradan hər cür şaiyə, həmçinin insanları vahiməyə salan məsuliyyətsiz, qeyri-sağlam məqsədli informasiya və fəaliyyətə qarşı kəskin
mübarizə aparılmalıdır.

Vətəndaşlarımız diqqətli olmalı, fitnəkar çağırışlara, insanlarda panika yaratmağa yönəlmiş məlumatlara inanmamalı, yalnız rəsmi hökumət məlumatları əsas götürməli və onlara əməl etməlidir.

Millət vəkili K.Qafarov sonda bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni növünə qarşı mübarizəni daha səmərəli və mütəşəkkil təşkil etmiş ölkələr sırasında Azərbaycanın da adını qeyd etməsi dövlətin bu sahədə səylərinə verilən obyektiv qiymətdir.

Mən öz mülahizələrimi Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikində vurğuladığı ibrətamiz bir fikirlə tamamlamaq istəyirəm:”Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur.

Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə
dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”.

Əvvəlki yazı

Bütün restoranlar 15.00-da bağlanacaq – Son qərar

Sonrakı yazı

Ağciyər Xəstəlikləri İnstitutundan xəstə qaçıb – Təcili…

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.