20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Bu təxribat birbaşa Daxili işlər nazirinə yönəlib”

10 İyun 2020, 11:41
Gündəm
A A
Deputat: “Bu təxribat birbaşa Daxili işlər nazirinə yönəlib”

“Fikrimcə, polis əməkdaşlarının Yasamalda keçirdiyi həmin əməliyyat təxribatdır”. 

Bu sözləri Yenisabah.az-a Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa iyunun 8-də polis əməkdaşlarının Yasamal rayonunda keçirdiyi və 11 nəfərin saxlanıldığı əməliyyata münasibət bildirərkən deyib.

Fazil Mustafa hesab edir ki, bu təxribatı polisin öz içində olan hansısa qruplar törədib. “Hesab edirəm ki, bu təxribat birbaşa Daxili İşlər nazirinə yönəlib. Diqqət etsəniz ki, görərsiniz baş verənlər süni konstruksiyadır. Yəni, polis etdiyi qanunsuzluğu özü çəkib özü də yayır, sonra tutduqları adamı buraxırlar, o da döyüldüyünü deyir. Bu açıq-aşkar təxribatdır. Kimsə öz cinayətini çəkib yayarmı? Əlbəttə yox. İstəyər ki, iz qalmasın. Bəs bu məsələdə niyə izlər saxlanılıb? Fikrimcə, Daxili İşlər Nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalıdır”, – deyə deputat bildirib.

Fazil Mustafa bu olaylarla bağlı sərt mövqe sərgiləməsinə, polisin qanunsuzluğuna etiraz edənləri “sürü” adlandırması barədə də danışıb: “Öz dövlətinin polisinin üzərinə zibil atan vətəndaş ola bilməz. Vətəndaş nədənsə narazı ola, nəyəsə etiraz edə bilər. Amma bu cür kütləvi şəkildə birləşərək polisə qarşı hansısa hərəkətlər etmək dövlətin müəyyən dəyərlərini anlamamaqdan irəli gəlir.

Ona görə də biz bu kimi məsələlərə mövqe bildirməliyik. Biz polisin hüquqazidd əməllərinə də mövqeyimiz bildirdik. Həmin qanunsuzluğu törədən polislər cəzalandırılıblar və bu təqdirəlayiq haldır. Lakin xarici ölkələrin kəşfiyyat şəbəkəsində olan şəxslər ayrı-ayrı statuslarda bu məsələni qabardaraq baş verənlərdən istifadə etməklə dövlətə qarşı kampaniyaya başladılar. Polisin üzərinə zibil atanları dəstəkləmək əslində dövlətə qarşı demarş göstərmə niyyətini ortaya qoydu. Ona görə də biz onları sürü olaraq xarakterizə elədik.

Aydındır, başa düşdük, polisin etdiyi ədalətsizliyə, qanunsuzluğa münasibət bildirirlər. Amma bu zaman niyə zibil atanların əməlini təqdir edirlər? Biz bunu qəbul etmirik, bunların qarşısında qətiyyətlə dururuq və duracağıq”.

Əvvəlki yazı

İtləri harada gəzdirmək olar? – Açıqlama

Sonrakı yazı

Vüqar Səfərliyə cinayət işi açıla bilər – Baş Prokurorluğa müraciət

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.