19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Bizdə kafaca İrana yaxın şəxslər var”

23 İyul 2020, 16:03
Siyasət
A A
Deputat: “Bizdə kafaca İrana yaxın şəxslər var”

Rəsmi İrəvanın 12 iyul hərbi avantürasından sonra Ermənistan-Azərbaycan münaqişəsinidə yeni mərhələnin başlandığını söyləyə bilərik. 

Reportyor.info xəbər verir ki, bu mərhələdə Bakının artıq təcavüzkarla öz dilində danışmağı prinsip olaraq qəbul etdiyi müşahidə edilir. Əslində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” bəyanatından sonra rəsmi Bakı “hücum diplomatiyası”na keçid almışdı. İstər danışıqlar prosesində, istərsə də hərbi müstəvidə işğalçı ölkəyə adekvat münasibətin sərgilənməsinə başlanılmışdı.

Söz yox ki, əvvəllər də Azərbaycan bütün müstəvilərdə özünün haqlı mövqeyini lazımi qaydada müdafiə edirdi. Lakin bu müdafiə siyasəti sülh danışıqlarının pozulmaması üçün təmkinlə aparılırdı. Amma Ermənistanın Baş naziri Nikol Paşinyanın avantürist bəyanatları, eyni zamanda işğalçı ölkənin hərbi təxribatları Bakının “ən yaxşı müdafiə hücumdur” prinsipilə davranmasını zərurətə çevirdi.

12 iyulda baş verənlər isə ritorikanın daha da sərtləşməsinə səbəb olub. İndi Bakı hətta ATƏT-in Minsk qrupunu imitasiyada ittiham edir, Ermənistanla əlaqələr quran ölkələri İrəvanla münasibətlərə yenidən baxmağa çağırır. Xüsusilə, Ermənistanla iqtisadi-siyasi əlaqələr quran müsəlman ölkələrinə konkret mesajlar verir. İlham Əliyevin bir neçə gün əvvəl səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər:

“Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır.

Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər”,

Göründüyü kimi dövlət başçısı səviyyəsində müsəlman ölkələrindən sözdə yox, əməldə həmrəylik tələb olunub. Azərbaycanın təcavüzə uğrayan tərəf olduğunu nəzərə alsaq, bu haqlı tələbdir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa mövzunu Yenisabah.az-a şərh edərkən deyib ki, dünya ölkələri dini mənsubiyyətindən asılı olmayaraq Ermənistan-Azərbaycan münaqişəsində həqiqətin tərəfində olmalıdır. Konkret olaraq müsəlman ölkələrinə gəlincə, deputatın fikrincə, Azərbaycanın diplomatik korpusu ciddi iş aparılmalıdır:

“Ərəb ölkələrindən tutmuş digər müsəlman dövlətlərə qədər hamısı ilə çevik münasibətlərin qurulmasına çalışılmalıdır. Onların  real dəstəyini qazanmaq əlbəttə ki, Azərbaycan üçün avantajdır.

Amma bir məqamı qeyd edim ki, bu məsələdə təkcə müsəlman ölkələrindən söhbət getmir. Əgər din amili öndə olsaydı, o zaman gərək İran Ermənistana dəstək verməsin. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kafaca İrana yaxın şəxslər var. Ermənistanın hərbi təcavüzü nəticəsində onların da qohumu, qardaşı şəhid ola bilər. Ən azı İran bunu nəzərə alaraq Ermənistana dəstək verməyə bilərdi. Amma dəstək verirsə, deməli, din amili, müsəlman birliyi məsələsi siyasi maraqların arxasına keçir.

Mənim fikrimcə, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanla səmimi şəkildə yaxınlıq edən bütün ölkələrlə bu məsələni müzakirə etmək olar”, – deyə Fazil Mustafa bildirib.

Əvvəlki yazı

Aytəkin Alxaslı: “Prezident məni qaranlıq quyudan çıxardı”

Sonrakı yazı

Moskva Tovuzdakı toqquşmalara niyə susdu? – Rus politoloqlar danışır

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.