04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Belarusun Qərbə qapıları bağlandı”

12 Avqust 2020, 09:57
Siyasət
A A
Deputat: “Belarusun Qərbə qapıları bağlandı”

Belarusda prezident seçkilərinin nəticələrinə etirazlarda “xarici barmaq” axtarılır. Hazırkı prezident Aleksandr Lukaşenkonun fikrincə, mitinqlər kənardan idarə olunur. Halbuki Qərb faktoru müşahidə olunmur.

Bu hadisələr 1994-cü ildən seçkilərdə özünü qalib elan edən Lukaşenko əleyhinə yeni nəslin etirazlarıdır. Onlar daha belə yaşamaq istəmirlər.

Üstəlik, Belarusda xarici fondlar, Avropadan qrant alan QHT-lər yox dərəcəsindədir. Onların içərini qarışdırmaq və vətəndaş cəmiyyətini təşkilatlandırmaq immuniteti belə yoxdur. Amma nədənsə etirazlar başlayanda xaricdən inqilab ixracı iddiası gündəmə gətirilir.

Bu, keçmiş sovet respublikalarından bəzilərinə də xarakterikdir. Bəlkə də həqiqət var.  Ukraynadakı Maydan hərəkatını ABŞ açıq-aşkar maliyyələşdirmiş, Gürcüstandakı “məxməri”, Qırğızıstanda “qızılgül” inqilabları xarici amillər hesabına baş tutmuşdu. Son olaraq, Belarusdakı etirazlara belə rəng verildi.

Amma nə dərəcədə realdır ki, ölkədə bütün xarici fondları qovub, sonra xaricdən idarə olunan inqilablardan danışırlar?  “Kommersant”ın Belarusdakı həmsöhbətlərinin fikrincə, mövcud böhranın nəticəsi, müxalif qərargah üzvlərinin həm etirazların koordinasiyasında, həm də danışıqlarda siyasi bacarığından çox asılı olacaq. Ancaq bu cür bacarıq, göründüyü kimi, yoxdur.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə “Yeni Müsavat”a bildirdi ki, Belarus hadisələrində xarici faktor ciddi səbəbdir. Onun fikrincə, xarici təsirlərin hansı istiqamətdən hazırlandığı əhəmiyyətli olmaya bilər, çünki uzun müddətdir hakimiyyətdə qalan qüvvə islahatlar aparmır, bu da etirazlar doğurub:

“Belarus digər postsovet ölkələrindən fərqli olaraq, heç bir ciddi siyasi-iqtisadi islahat həyata keçirməyib. Ölkənin iqtisadi imkanları aşağı olsa da, effektiv işləyə bilən şirkətlərdə hansısa xarici gözlər ola bilər.

Lukaşenko isə imkan vermək istəmir ki, həmin müəsissələr xarici qüvvələrin əlinə keçsin. Yəni, bu hadisələrdə hansısa kənar qüvvələrin iştahı istisna deyil”. A.Mollazadə hesab edir ki, bu hadisələrin nəticəsində Belarusun Avropa və ABŞ-la başlayan əməkdaşlığının qarşısı alındı, Qərbə qapıları bağlandı: “Ola bilsin ki, Qərblə Belarusun əlaqələrinin qarşısını almaq bu etirazları təşkil edənlərin marağındaydı. Burada fərqli qüvvələr ola bilər. Məsələn, Avropa Parlamentində fəhlə hərəkatı, güclü solçu qüvvələr çox fəaldırlar və proseslərə təsir edə bilirlər. Amerikanın özündə onun dəyərlərini yerli Kommunist Partiyası, ”Qara pantera”lar çökdürməyə çalışır. Ona görə Qərb birqütblü deyil, müxtəlif dairələr, şübhəli mərkəzlər fəaliyyət göstərir. Onların Belarusdakı proseslərə təsiri ola bilər”.

Əvvəlki yazı

Zorakılıq görüntülərilə bağlı daha bir açıqlama

Sonrakı yazı

AMİP alternativsiz namizədlə qurultaya gedir

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.