07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Əli İnsanovun pulundan istifadə ediləcək”

06 Noyabr 2019, 16:18
Gündəm, Seçmə
A A
Deputat: “Əli İnsanovun pulundan istifadə ediləcək”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Yenisabah.az-ın suallarını cavablandırıb:

 – Müxalifət dünən Müsavat Partiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirdi. Bu tədbir müxalifətin birliyinə doğru ilk addım hesab edilir. Sizcə, doğrudan da belədir?

– Müxalifətin keçirdiyi dəyirmi masa barədə mətbuatdan xəbər tutdum. Bu məlumatlar məhdud idi, daha geniş xarakter daşımırdı. Məlum oldu ki, tədbirdə daha çox müxalifətin radikal qanadı təmsil olunurdu və mövcud ictimai-siyasi vəziyyət müzakirə edilirdi.

Bu tədbirdə daha çox radikal müxalifətin maraqları önə çəkildi. Eyni zamanda radikal müxalifəti təmsil edən şəxslər ölkədə ciddi dəyişikliklərin vacibliyindən danışdı. Şəxsən mənim üçün qaranlıq qaldı ki, ölkədə ciddi dəyişikliklərin getdiyi bir zaman kəsiyində radikal müxalifətin təmsilçiləri daha hansı dəyişiklikləri istəyirlər.

Dəyirmi masa daha çox giley-güzar xarakteri daşıyırdı. Ona görə də cəmiyyətin diqqətini cəlb edə bilmədilər. Çünki ölkə Prezidenti mövcud problemlərin üzərinə getməkdədir. İslahatlar geniş miqyas alıb və sistemli xarakter daşıyır. Ona görə də bu dəyirmi masanın ictimai rəyə ciddi təsir göstərəcəyini, ciddi nəticələr verəcəyini düşünmürəm. Hətta mediada bu tədbirlə bağlı yayılan məlumatlar da dediklərimizi sübut edir. Yəni, radikal müstəvidə dayanan partiya rəhbərlərinin fikirləri rezonansa səbəb olmadı. Bu da sübut edir ki, tədbir cəmiyyət tərəfindən maraqla qarşılanmayıb.

– Dəyirmi masaya sabiq səhiyyə naziri Əli İnsanov da qatılmışdı. Sabiq nazirin artıq müxalifətlə bir sırada dayanması onların gücünə güc qatacaqmı? 

– Əli İnsanovun ora dəvət olunması maraq doğururdu. Əlbəttə ki, bu onun hakimiyyətə qarşı kəskin və qərəzli fikirləri ilə bağlıdır. Radikal müxalifətə Əli İnsanov kimi fiqur lazımdır ki, iqtidara qarşı mübarizəyə əlavə tünd boyalar vura bilsinlər. Baxmayaraq ki, həmin şəxslərin hər biri Əli İnsanov iqtidarda olduğu dövrdə onun tərəfində kəskin təhqir edilib.

Onlar ümid edirlər ki, Əli İnsanovun arxasında  qərbi azərbaycanlılar var. O da regionçuluğu yeri gəldi gəlmədi şişirdir. Buna inanan radikal müxalifət də onun sosial bazasından istifadə etməyə çalışır. Amma tam əminliklə deyirəm  ki, bu gün Əli İnsanovun yanında onun qohumundan başqa kimsə yoxdur. Qərbi Azərbaycandan olan nüfuzlu və yanınmış şəxslərin heç biri Əli İnsanovun yanında deyil.

Radikal müxalifət Əli İnsanovun maliyyəsindən də istifadə etməyə çalışacaq. Amma İnsanov o düşüncənin sahibi deyil ki, illərlə yığdığı vəsaitdən müxalifətə xərcləsin. Əksinə, o, radikal müxalifətin imkanlarından bəhrənlənəcək. Bununla belə, onun nə deməsindən asılı olmayaraq nüfuzu heçə bərabərdir, sosial dayaqları, siyasi təcrübəsi yoxdur hikkəlidir, eyni zamanda qisasçıdır. Təbii ki, bunlar xalq tərəfindən olduğu kimi dəyərləndirilib. Ona görə əminliklə deyirəm ki, Əli İnsanovun siyasətdə yeri yoxdur. O, heç bir uğur qazanmayacaq.

– Hər zaman yerli əhali, ayrı-ayrı şəxslər yerli icra başçılarından şikayətlər edirdi. Amma son vaxtlar prezident İlham Əliyev özü də bir sıra icra başçılarını sərt tənqid etməyə başlayıb. Sizin fikrinizcə, buna səbəb nədir?

– Ölkə Prezidenti icra başçıları ilə bağlı keçirdiyi müşavirələrdə, iclaslarda onların səhvlərini həmişə dilə gətirib. Hətta mənin yadıma gəlir ki, 4-5 il əvvəl Biznes Mərkəsizndə keçirdiyi müşavirədə icra başçılarını çox ciddi şəkildə tənqid etmişdi. Eyni zamanda onlara sərt xəbərdarlıq olunmuşdu. O zaman müşavirədə iştirak edənlərdən bəzilərini söylədiklərindən, mediada gedən xəbərlərdən aydın olurdu ki, hətta həmin müşavirədə icra başçılarından birini ürəyi gedib.

Yəni, nöqsanlar zaman-zaman deyilib. İndiki situasiyaya gəlincə, ciddi islahatlar gedir və təbii ki, bu dalğa idarəetmədən də yan ötmür.

Prezidentin imzalamış olduğu bütün sənədlərin icrasını icra strukturları yerinə yetirir. Onların da fəaliyyətində nöqsanlar var. Əlbəttə bu gün dövlətçiliyə xidmət edən icra başçıları da var. Mən onların adlarını çəkmək istəmirəm. Amma zamanın çağırışlarına cavab verməyən, islahatlara uyğun olmayan fəaliyyətə üstünlük verən icra başçıları da var.  Artıq bu dəfə Prezident dedi ki, həmin icra başçıları nəinki çıxarılacaq hətta cəzalandırılacaq.  Prezidentin çıxışlarından gəldiyim nəticə bundan ibarətdir ki, ciddi dəyişikliklırin şahidi olacağıq. Dəyişikliklərə uyğun fəaliyyət göstərə bilməyən məmurlar isə ya dəyişməlidirlər, ya da vəzifədən getməlidirlər. Bunun alternativi yoxdur.

Əvvəlki yazı

Müsavat aksiya təyin etdi

Sonrakı yazı

Məşhur ulduz qızı ilə – Foto

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.