Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-a bildirilib ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində noyabrın 14-də Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər geri qaytarılıb. Həmin 61 nəfərdən 22-si kişi, 18-i qadın, 21-i uşaqdır.
Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.