Prezidentliyə namizədlərin martın 21-də baş tutan üçüncü teledebatı da maraqlı çıxışlarla yadda qalıb.Reportyor.info-nun məlumatına görə, ordu quruculuğu və təhlükəsizlik mövzusuna həsr olunmuş debatda, gözlənildiyi kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər namizədlərin diqqət mərkəzində olub.Müzakirəyə çıxarılmış mövzu haqda ən sensasiyalı çıxışı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev edib.Partiya sədri ənənəsinə sadiq qalaraq, çıxışında konkret vəzifəli şəxsləri hədəfə götürüb, ermənilərlə qohumluğu olan şəxslərin vəzifələrdən uzaqlaşdırılmasına çağırıb.Rayonlarda mövcud vəziyyətin ürək açan olmadığını bildirən Hafiz Hacıyev icra başçılarının günlərini kef məclislərində keçirdiyini bildirib.İnsanlar aylarla bunların qəbuluna düşə bilmir Göranboyun bir icra başçısı var bütün günü otellərdə yığdıqları pullarla eyş-işrətlə məşğul olur.
Hafiz Hacıyevin çıxışının videoyazısını təqdim edirik:
Reportyor.info
Arifə
https://www.youtube.com/watch?v=iINKOU2bbXc