11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dayaqları sarsılan sabiq başçı həbsin kandarında – Vaqif Abdullayevi bitirən milyonlar, adam döymək və…

15 Avqust 2022, 10:09
Gündəm, Cəmiyyət
A A
Dayaqları sarsılan sabiq başçı həbsin kandarında – Vaqif Abdullayevi bitirən milyonlar, adam döymək və…

Beyləqanın keçmiş başçısı Vaqif Abdullayevin başı üzərindən qara buludlar çəkilmir. Anaxeber.info-nun əldə etdiyi məlumata görə, sabiq İH rəhbəri günbəgün həbsə yaxınlaşır. Onun üzərində olan adam döymək faktının da yenidən icraata göndərilməsi gözləntiləri V.Abdullayevin işini çətinləşdirib. Təkcə həmin fakt üzrə istintaq kifayətdir ki, cinayət işinə yenidən baxılsın. Belə ki, bir müddət əvvəl Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi həbs etdirmişdi. Xəyyam Balayev məhkəmədə belə demişdi: “Vaqif Abdullayev özü də icra başçısı olarkən Beyləqanda tikilən Olimpiya Kompleksində fəhlə işləyən Rahil Əliyev adlı yerli sakini sərxoş vəziyyətdə şəxsən döymüşdü və ona ağır xəsarət yetirmişdi. Bu haqda Rahil Əliyev 2018-ci ildə sosial şəbəkələrdə yaydığı müraciətində təfərrüatları ilə danışmışdı. İcra başçısının fəhləni döyməsinə səbəb isə obyektdən “yoxa çıxan” bir neçə dəmir konstruksiya olmuşdu”. Bu hadisə sabiq başçı ilə bağlı gedən son proseslərdə cinayət dosyesinə əlavə olunmaqdadır. Amma tək bu hadisə deyil, korrupsiya, mənimsəmə, dövlət vəsaitini talama ittihamları üzrə Vaqif Abdullayevin istintaqa cəlb olunması mümkündür. Bundan əlavə, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Bu da yuxarıların diqqətindədir. Hakimiyyət onun belə varlanmasını qəbul edə bilmir. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alması xəbəri yayılmışdı. Bundan başqa, Vaqif Abdullayevin “Gənclik” metrosu yaxınlığında özünə 2 milyon manata villa aldığı deyilir. Bəzi iddialara görə, Vaqif Abdullayev sabiq PA rəhbəri Ramiz Mehdiyevlə çox yaxın olub. Onun vəzifədən getməsi başçının da mövqeyini zəiflədib. İndisə həbsin kandarındadır və xilas kəməri axtarışına çıxıb. Görünür, əvvəllər onu himayə edən Ramiz Mehdiyevin yoxluğu, onun təsir imkanlarının olmaması Vaqif Abdullayevlə bağlı araşdırmalar aparılmasına yaşıl işıq yandırıb. Lakin o, təkcə Ramiz Mehdiyev kimi nəhəng dəstəyi itirməyib, elə ondan da böyük himayəçisi olan general Bəylər Əyyubovla da əlaqələri kəsilib. Generalla qohumluq münasibətləri olmuş V. Abdullayev ona bel bağlayaraq kreslosunda istədiyi əməllərə əl atırdı. Ancaq qohumluq mandatı qüvvədən düşən sabiq başçı indi tam təklənmiş vəziyyətdə – Rusiyanın günündədir. Ona görə də həm Əyyubovu, həm Mehdiyevi itirən Abdullayev, batabatda saman çöpü axtarır. Hazırda təşvişə düşdüyü iddia edilən sabiq icra başçısı əmlaklarını, biznesini, korrupsiya əməllərini gizlətməyə çalışır. Həmçinin oğluna ad günündə 280 minlik maşın hədiyyə etməsi suallar yaradıb, bu pulları necə əldə etməsi haqda hüquq-mühafizə orqanlarında səhih məlumatlar mövcuddur. Onun qardaşə oğullarının cinayət əməlləri, bu işdə Abdullayevin təsir vasitələri bu günə qədər məsələlərin real şəkildə açılmasına imkan verməyib. Bütün bunlar keçmiş məmurların cəzasız qalmasına, presedent yaranmasına

səbəb olur. Yeni gələnlər də arxayınlaşır ki, sələfləri nə etdisə, cəzalanmadı, yığdıqlarını da xımır-xımır vəzifədən sonra yeməkdədirlər. Bu, təhlükəli tendensiyadır. Abdullayev kimi məmurlar da müştəbeh davranır ki, baxın, vəzifədə büdcəni taladım, indi kef çəkirəm, mənə “gözün üstə qaşın var” deyən də yoxdur. Hakimiyyət bu halların və tendensiyanən qarşısını almaq üçün sabiq məmurları cəzalandıra bilər. Bu sırada Beyləqanın keçmiş şefi üçün də təhlükə aktual olaraq qalır. Misal üçün istintaqa bəllidir ki, rüşvət və korrupsiya qalmaqalları ilə daim mətbuatın gündəmində olnuş Vaqif Abdullayev bu dəfə Beyləqan rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibi və rayondakı əsas təmir tikinti işlərini həyata keçirən “Veteks” MMC nin rəhbəri Vüqar Aslanovdan 120 min manat almışdı. İcra başçısı ilə ciddi şəkildə alış-veriş yaradan və büdcə pullarının mənimsənilməsində başçının sağ əlinə çevrilən iş adamı bir müddət əvvəl Vaqif Abdullayevin “toruna” düşmüşdü. Yəni onlarla belə fakt göstərmək olar. Baxaq, yaxın həftələrdə onunla bağlı hansı qərar elan ediləcək. Mövzu diqqətimizdədir. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Əvvəlki yazı

12 avqust – Beynəlxalq Gənclər Günüdür

Sonrakı yazı

Laçında həlak olan əsgərlərimizə şəhid statusu verildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.