Bu gün Şabran rayonundan Hüseynovlar ailəsi dələduzluqla üzləşmələri ilə bağlı redaksiyamıza müraciət etmişdilər. Müraciətdə bildirilirdi ki, bir müddət öncə Əliyev Mirzə Qoşqar oğlu şəhid ailəsinin pulunu dələduzluq yolu ilə mənimsəməsinə müvafiq qurumlardan operativ reaksiya verilmiş və məsələ öz həllini tapmışdı. Lakin bundan sonra Mirzə adlı bu şəxs Şabran rayon, Əmirxanlı kənd sakini Hüseynov Surət Mehrab oğluna qarşı eyni əməli törədərək, onu Daxili Qoşunlarda işə düzəltmək adı ilə aldatmış və 12 min manat pulunu mənimsəmişdi.
Hüseynovlar ailəsi media vasitəsi ilə hüquq mühafizə orqanlarına müraciət edərək dələduzluq yolu ilə şəhid və qazi ailələrinin pulunu mənimsəyən Əliyev Mirzə Qoşqar oğlu haqqında hüquqi ölçü götürülməsini xahiş etmişdilər.
Artıq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov sorğumuza cavabında bildirib ki, həmin məsələ ilə bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılıb və Əliyev Mirzə Qoşqar oğlunun barəsində cinayət işi başlanılıb.




















