08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Daşqın Gülməmmədov: Erməni terrorçusu “Kobraya” Gürcüstanda abidə qoyulması Azərbaycan səfirinin vecinə deyil

24 Yanvar 2019, 01:27
Siyasət
A A
Daşqın Gülməmmədov: Erməni terrorçusu “Kobraya” Gürcüstanda abidə qoyulması Azərbaycan səfirinin vecinə deyil

Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində, həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc Azərbaycanlı əhalisini qətlə yetirmiş terroçu Mikail Avakyana (“Kobra” ) abidə qoyulmasına heç bir halda bəraət qazandırıla bilməz. Bu barədə Reportyor.info-ya  əslən Borçalıdan olan, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri və Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin üzvü Daşqın Gülməmmədov açıqlama verib. O, açıqlamasında qeyd edib ki, insanlığa qarşı cinayət törətmiş hər hansı hərbi cinayətkara abidə və ya büst qoyulması pratktikası demokratik və hüquqi dövlətlərdə mümkün deyildir. Ancaq necə olubsa Gürcüstanda, insanlığa qarşı cinayət törətmiş, 1992-ci ildə Xocalıda dinc azərbaycanlı əhaliyi, qadın və uşaqları, qocaları qətlə yetirmiş, qeyri-qanuni hərbi birləşmələrin tərkibində Gürcüstana qonşu dövlət olan Azərbaycanın ərazisində hərbi cinayətlər törtətmiş bir şəxsin guya xatirəsinin əbədiləşdirilməsi başa düşülən deyil. Gürcüstanda terrorçuya abidə qoyulması nonsensdir. Ermənistanda beə bir praktika var. Amma bu şərəfsiz praktikanın Gürcüstana ixrac edilməsi heç bir halda Gürcüstan hakimiyyətinə başucalığı gətirə bilməz.

Daşqın Gülməmmədov bildirib ki, 1992-ci ildə Xocalıda dinc əhalinin qətlə yetirilməsində birbaşa iştirak etmiş, “Kobra” ləqəbli erməni terroçusuna abidənin açılışı məhz 20 yanvar 2019-cu il tarixdə həyata keçirilib. Erməni milyoneri Qaqik Avakyanın maliyyə dəstəyi ilə hazırlanan, terrorçu Mikayıl Avakyanın büstünün açılışında qırmızı lenti Ermənistanın Gürcüstandakı səifiri Ruben Sadoyan kəsib. Bir işə baxln, 20 yanvar tarixində Ermənistan səfiri, Xocalıda dinc əhalini qətlə yetirən terroçu “Kobra”ya (Mikeil Avakyana) büst açır, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun isə vecinə deyil. Bəlkə də həmin zaman Azərbaycan səfiri hansısa restoranda yenə içki məclisində kef edirmiş. Xocalıda dinc əhalinin qətlə yetirilmısində birbaşa iştirak etmiş Mikeil Avakyan, Ermənistan vətəndaşıdır, düzdür Gürcüstanda doğulub. Amma Gürcüstanla heç bir hüquqi bağlantısı yoxdur. 1991-ci ilə kimi bu Mikeil Avakyan Abxaziya MSSR DİN-də xidmət edib. 1992-ci ildə isə Ermənistana gələrək, Dağlıq Qarabağda, Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Kəşfiyyat-diversiya qrupuna rəhbərlik edib, Xocalı, Hadrut, Fizulidə Azərbaycanın dinc əhalisinə qarşı terror aktları, diversiyalar həyata keçirib. Horadizdə snayper atəşi ilə məhv edilib. Xocalı qətliamının törədilməsindən öncə kəşfiyyat məlumatlarının toplanmasına məhz “Kobra” (Mikeil Avakyan) rəhbərlik edib, Xocalı və Naxçivanikdə Xocalı sakinlərinin öldürülməsində iştirak edib. Bu şəxs birbaşa insanlığa qarşı cinayət törətmiş şəxsdir. Mikeil Avakyan Gürcüstan Cinayət Məcəlləsinin 144-1 (İşgəncə vermə), 407-ci (Genosid) və 408-ci (insanlığa qarşı cinayət) maddələri ilə cinayət törətmiş hərbi cinayətkardır. Belə bir cinayətkara Gürcüstanda abidə qoyulmalı deyil. Bu bust götürülməlidir.

Təssəvür edin ki, Abxaziya və ya Cənubi Osetiyada Gürcüstana qarşı vuruşmuş, dinc gürcü əhalisini qətlə yetirmiş bir hərbi cinayətkar haqqında Azərbaycan mətbuatında adi bir məqalə dərc olunsun. Bilirsizmi Gürcü ictimayyətinin reaksiyası neqativlik şkalasını keçib, anti-Azərbaycan nifrətini ötəcək. Və bu mövqelərində haqlı olacaqlar. Həmçinin Daşqın Gülməmmədov qeyd edib ki, bu məsələ ilə bağlı yaxln zamanlarda Gürcüstan Höküməti qarşısında rəsmi məsələ qaldırılacaq və terrorçuya qoyulmuş büstün qaldırlmasına çalışacağıq. Ancaq Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun susqunluğu, bu məsələni heç vecinə almaması bir daha sübüt edir ki, bu yaramaz şəxs səfir vəzifəsindən geri çağrılmalıdır. Sənin vətəndaşını Xocalıda qətlə yetirən terrorçuya abidə qoyulur sən isə susrsan. Niyə? Məqsədin nədir? deyə Daşqın Gülməmmədov sual etmişdir. O, bildirmişdir ki, Azərbaycan dövlət rəhbərliyi də təcili şəkildə məsləyə müdaxilə etməli və eyni zamanda səfir Dursun Həsənovla bağlı tədbir görməlidir.

Reportyor.info

Əvvəlki yazı

Baş redaktorun həbsini istəyən qadınlar məhkəməyə gəlmədi – Məcburi gətirilə bilərlər

Sonrakı yazı

Deputatın 29 yaşlı oğlu xizək sürərkən yıxılaraq öldü-İsveçrədə

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.