08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“DAŞNAKSÜTUN” PAŞİNYANA XƏBƏRDARLIQ ETDİ –İşin arxasında Koçaryan da varmı? – TƏHLİL

26 May 2019, 16:24
Manşet
A A
“DAŞNAKSÜTUN” PAŞİNYANA XƏBƏRDARLIQ ETDİ –İşin arxasında Koçaryan da varmı? – TƏHLİL

Sarqis Artsurini

“1in.am”, Ermənistan, 24 may 2019-cu il

 

Erməni İnqilabi Federasiyası – Daşnaksütun (EİFD) son 20 ildə, demək olar, ilk dəfə idi ki, “Azadlıq” meydanında mitinq keçirərək, müstəqil şəkildə gündəliyi formalaşdırmağa cəhd edib. Müxtəlif hesablamalara görə, bu mitinqdə təxminən 2 min vətəndaş iştirak edib.

Nikol Paşinyanın reytinqinin hələ yüksək olması və müxalifətçilik fəaliyyəti üçün obyektiv çətinliklər yaratması kimi obyektiv şərait nəzərə alınarsa, sırf iştirak baxımından mitinqi baş tutmuş saymaq olar.

Digər tərəfdən, dünənki mitinq planında onun iştirakçılarının sayı və ya çıxışların məzmunu daha az əhəmiyyət kəsb edirdi. Çünki EİFD son günlər bu ənənəvi partiyanın cari mövqeləri haqqında ümumi təsəvvür yaradan bir neçə bəyanatla çıxış edib.

Son 30 ildə ilk dəfə idi ki, mitinq hakimiyyətə “daha ciddi olun” demək üçün bizim vətəndaşlarımızı, bizim cəmiyyətimizi yığmışdı. Dünən EİFD-nin üzvü Qeqam Manukyan “Azadlıq” meydanında buna oxşar bəyanat verib.

Əlbəttə, Ermənistanın ən yeni tarixində “ciddi olun” çağırışları olub. Məsələn, 1997-ci ilin sonunda Levon Ter-Petrosyan DQR (mətndə belə gedib – tərc.) məsələsilə bağlı olaraq bənzər çağırışla siyasi qüvvələrə müraciət edib. Lakin, görünür, hesab edib ki, çıxışının perspektivi yoxdur və hakimiyyətdən gedib. EİFD yeni statusda geri dönməsi haqqında mesaj vermək üçün hakimiyyəti daha ciddi olmağa çağırıb.

Lakin ortaya cavabı vacib olan belə bir sual çıxır: hansı EİFD hakimiyyəti ciddi olmağa çağırır, 20 il ərzində kriminal-oliqarxiya sisteminin siyasi məzarlarından biri olan partiyamı, yoxsa rebrendinqə (brendin dəyişdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan aktiv marketinq strategiyası (ing. rebranding) – tərc.) məruz qalan, keyfiyyətcə yeni müxalifət olmaq niyyətində olduğunu bəyan edən EİFD?

Partiyanın mitinqi ikinci prezident haqqında qətimkan tədbirinin dəyişdirilməsi və ardınca baş verən gurultulu hadisələrdən sonra elan etməsi nəzərə alınarsa, digər vacib intriqa Robert Koçaryanın bu mitinqlə əlaqəsinin olub-olmaması idi.

Aydındır ki, sözün birbaşa və ya məcazi mənasında, Koçaryan mitinqdə iştirak etməyib. Başqa sözlə, EİFD özünü köhnə və ya onlarla assosiasiya olunan qüvvə və xadimlərdən mümkün qədər kənarda göstərməyə çalışıb. Əlbəttə, bu, öz-özlüyündə sübut deyil ki, EİFD-nin mitinqi yalnız öz gündəliyinin təzahürüdür və köhnə sistemin bərpa edilməsinin ümumi kontekstinə uyğun deyil.

EİFD-nin təmsilçiləri bir neçə dəfə təsdiq edblər ki, keçmişə qayıdış olmayacaq və onlar ortaya həlledici müxalifət olma iddiası qoyurlar. Əgər nəzəri olaraq verilən açıq bəyanatların partiyanın real davranışına uyğun olduğunu qəbul etsək, onda, ən azı, “EİFD-nin alternativ baxışı nədən ibarətdir, bu, unudulmuş köhnədir, yoxsa Yeni Ermənistanda inqilabın gündəliyilə bağlı mübahisə açmama qərarlılığı olan yeni müxalifət hərəkatıdır?” sualı yerində olacaq. Əgər EİFD öz çıxışlarında son 20 ildəki fəaliyyətinə qiymət versəydi, bu sual aktual olmazdı. Bu halda, insanların EİFD-ni qeyri-səmimi hesab etmə haqları vardır. Çünki bu gün partiya, müxalifət nöqteyi-nəzərindən o iyrənc hadisələrə və sistemə qarşı səsini qaldırır ki, onlar əsasən onun ötən 20 illikdəki koalisiyalardakı iştirakının nəticələridir.

Digər tərəfdən, bizim EİFD-nin fəaliyyəti, siyasi motivasiyaları haqqında tam təsəvvür əldə etməyimiz üçün bir mitinqin keçirilməsi, hətta bir neçə bəyanatın verilməsi yetərli deyil. Mitinq tribunasından edilən çıxışlar, verilən qiymətləndirmələr kifayət qədər adekvat idi. Lakin cavabını gözləyən aktual suallar var: EİFD keçmişin kədərli xəyalətindən, Koçaryanın və əvvəlki sistemin bugünkü təqiblərindən azad ola və institusional müxalifət ola bilərmi? Hətta EİFD Nikol Paşinyanın komandasına, cibində “qırmızı kart” olduğu halda, “sarı kart” göstərsə də, bu gün bu suallara cavablar açıq qalır. “Azadlıq” meydanı bundan da alovlu və səs-küylü çıxışlar eşidib, lakin bu, heç də real alternativin formalaşmasına gətirib çıxarmayıb.

EİFD xadimləri mitinq tribunasından “Biz təkrar gələrək deyirik ki, yalnız tək bir fikrin olmasına imkan verməyəcəyik, çünki tək bir fikrin olması diktaturadır. Bu, bizim ölkəmizdə istisna olunur” deyiblər. Bu, tamamilə adekvat və rasional mövqedir. Lakin inqilab komandası ilə bağlı tədricən məyus olan, şübhəsiz, alternativə ehtiyacı olan bizim cəmiyyətimizin EİFD-nin mitinqdə verdiyi bəyanatlara inanması üçün əmin olmalıdır ki, partiya kriminal-oliqarxiya sisteminin acgözlüyü və özbaşınalığı ilə eyniləşdirilən keçmişlə körpüləri həqiqətən yandırıb.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Deputatın bacısı oğlu vəzifədən azad edildi

Sonrakı yazı

Gürcü dindarlar “Qırmızı körpüyə gedən yolu bağlayıblar –”Keşikçi Dağı”na görə + FOTO

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.