Daşkəsəndə 28 yaşlı oğlan özünü yandırıb.
Reportyor.info xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayonun Çıraqlı kənd sakini, 1996-cı il təvəllüdlü Ədalət İsmayılov üzərinə benzin tökərək özünü yanırıb. Ağır yanıq xəsarətləri alan 28 yaşlı Ədalət İsmayılov Gəncə şəhərində yerləşən xəstəxanaların birinim reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralının vəziyyətin ağır olduğundan Bakı şəhərinə aparılır.
Qeyd edək ki, Ədalət İsmayılov 44 günlük vətən müharibəsinin qazisidir.