Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.
Reportyor.info bildirir ki, bu barədə deputat Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.
Onun sözlərinə görə, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:
“Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib”.
O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə – partiya sədri İlqar Məmmədova – qeydiyyat sertifikatı təqdim olunub.