Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Uncategorized

Daha bir cənublu başçı və “Cənub” MTK şimalı qarışdırır: Siyəzəndə özbaşınalıq – Video

2019-06-07
in Uncategorized
A A
0
Daha bir cənublu başçı və “Cənub” MTK şimalı qarışdırır: Siyəzəndə özbaşınalıq – Video
190
SHARES
14
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Azərbaycanın şimal və cənub zonaları həmişə həssas regionlar olublar. Buna səbəb birində Rusiya, digərində isə İranla həmsərhəd olmağımızdır.

O baxımdan hakimiyyət İran və Rusiya ilə sərhəd bölgələrə xüsusi diqqət ayırıb, hansısa dairələrin məkrli planlar qurmasının qarşısını almağa çalışıb.

Çünki ölkəni içindən qarışdırmaq planı hər zaman cənub və şimal bölgəsindən olub və ötən illərdə müəyyən qüvvələrin cəhdləri nəticəsiz qalıb.

Misal üçün 2012-ci ildə Quba hadisələrini göstərmək olar ki, iqtidar prosesin miqyasının genişlənməsinə imkan vermədi, bir məmur özbaşınalığına qəzəblənmiş kütləni sakitləşdirməyə nail oldu.

Bir icra başçısının qudurğanlığı, yekəxana çıxışı böyük fəlakətə, araqarışdıranların fitnəsinə gətirib çıxara bilərdi. Eləcə də 2016-ci ilin yanvarında Siyəzəndə bahalaşma əleyhinə kütləvi aksiyaları, həbsləri qeyd etmək olar.

Devalvasiyadan sonra iqtisadi vəziyyətin pisləşməsi və vəziyyətdən sui-istifadə edən möhtəkirlərin, bəzi biznesmen məmurların süni qiymət aıtımına yol verməsi Siyəzəni ayağa qaldırmışdı. Bu proses böyüyə bilərdi və nəzarətdən çıxmaq təhlükəsi yaranardı.

Ona görə bəzi həbslər və qiymətlərin tənzimlənməsi siyasəti növbəti də şimal zonasını içindən qarışdırmaq niyyətində olan qüvvələrin ssenarini pozdu. Bu xronoloji xatırlatmaları diqqətə çatdırmaqda məqsəd budur ki, şimal bölgəsi yenidən qaynayır.

İndi də Siyəzəni Şabrandan bu rayona yeni transfer edilmiş qocaman icra başçısı, əslən lerikli olan Novruz Novruzlu gərginləşdirir. Maraqlıdır ki, cənublu məmur şimalda narazılıq ocağı yaradır, prezidentin apardığı sosial islahatlar ərəfəsində camaatı qızışdırır, ayağa qalxmağa sövq edir.

Reportyor.info-nun əməkdaşlarının verdiyi məlumata görə, səbəb Siyəzənin Tofiq İsmayılov küçəsində yaşayan ailələri yurd-yuvasından didərgin salıb, evlərini başına uçurub, yerində inşa aparmaqdır.

Bir cənublu sabiq başçısı Rauf Həbibovun Qubanı qarışdırıb, hakimiyyətin başına oyun açması azmış kimi, indi də digər cənublu icra başçısı Novruz Novruzlu Siyəzəndə aranı qatmaqda, əhalini narazı salmaqdadır.

Belə ki, Tofiq İsmayılov küçəsi, korpus- 12,13,17, 18, 21 və 22-də yaşayan sakinlərin evlərini yerlə-yeksan etmək istəyirlər.

Siyəzənin mərkəzində olan əraziyə “Cənub”MTK-nın gözü düşüb. Taleyin ironiyasıdır ki, şirkətin adı da cənubla əlaqəlidir. Belə ehtimallar və iddialar var ki, “Cənub” MTK elə N.Novruzluya yaxın şəxslər tərəfindən idarə olunur.

Şirkət bu yeri gözaltı edib və apreldə Mənzil İstismar Sahəsinin rəisi Xalid Əliyev, bələdiyyə sədri Azər Babayev sakinlərlə söhbətə gəlib. Camaata deyilib ki, şirkət ərazini alır, kvadratetrinə 400-500 manat təzminat verəcək.

Amma şirkət vəd edir ki, ərazini şumlayıb burada tikinti apardıqdan, yeni mənzilləri satdıqdan sonra mülk sahiblərinə kompensasiya ödəyəcək.

Kəsəsi, insanlara kələk gəlirlər, quru söz verirlər və vətəndaşlar aldadılmasından qorxur. Bu azmış kimi, sakinlərə deyilib ki, korpuslarda özbaşına tikililər aparmısınız, təzminatda nəzərə alınmayacaq.

Əslində, dövlət layihəsi və planı olmadığına görə şirkət ərazidəki bütün tikililər üçün kompensasiya ödəməyə məcburdu. Bu evlər dövlət planına düşmədiyi üçün vətəndaşların mülkiyyətini satmamaq və onu mənzil bazarının indiki reallıqlarına uyğun dəyərləndirmək hüququ var.

Çünki ərazini almaq istəyən özəl firmadır, öz kommersiya maraqlarını güdür, dövlət sifarişi deyil. Bu zaman sakinlərə onların tələb etdiyi kompensasiya verilməlidir.

Əks halda mülkiyyət toxunulmazdır və heç bir şirkətin ərazinə buldozer yeridib, məhkəmə qərarı olmadan söküntü aparmaq ixtiyarı yoxdur.

Reportyor.info-nun müxbirlərinə bildirilib ki, sakinləri hədələyirlər. Video müsahibə verən şikayətçilərin sözlərinə görə, onları qane edən məbləğ verilməsə evlərini tərk etməyəcəklər.

Lakin “JEK rəisi Xalid Əliyev və bələdiyyə sədri Azər Babayev onlara hədə-qorxu gəliblər. Deyiblər ki, qanunsuz tikililər və zəbt olunmuş ərazilər söküləcək.

Məsələ ilə bağlı sakinlər icra başçısının qəbuluna gediblər. Novruz Novruzov deyib ki, məsələdən xəbəri yoxdur, amma narahat olmayan, kimsə evinizə toxuna bilməz.

Üç gün sonra evlərə bildiriş gəlib ki, artıq tikililəri sökün. Əks halda 118.1.1 maddəsinə görə 10 min manat cərimə olunacaq yaxud həbs ediləcəksiniz.

Bu da bəs eləməyib, FHN nümayəndəsi əraziyə gələrək yaşayışın təhlükəli olduğunu, yanğın və s. əsassız iddialar irəli sürüb. Guya binalar qəzalıdır.

Sakinlər bildirirlər ki, illərdir uçuq-sökük evlərdəyaşayıb, dövlətdən yardım almayıb, öz xərcləri ilə kanalizasiya düzəldib, şərait qurublar, indisə məmurlar və bir şirkət ortalığa düşüb, vətəndaşları dövlətdən incik salır.

Maraqlıdır ki, “Cənub MTK” 2006-cı ildən sakinlərdən pul yığıb, onları bir il ərzində mənzillə təmin edəcəyinə dair müqavilə imzalayıb. Bu müqavilədəki öhdəliyə hələ də əməl etməyib.

Yeri gəlmişkən, şirkətin Bakının Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 60 ünvanında ev alan sakinləriindiyə qədər halal mənzillərinə sahib çıxa bilməyiblər.

Siyəzəndəki evlərdə isə 24 ailədir, içərisində Qarabağ veteranı da var, xəstəsi də, qocası da, şikəsti də… Amma kasıb adamlardan Siyəzən icra başçısı və “Cənub” MTK nə istəyir, bilmək olmur.

Ən azı qanuni şəkildə kompensasiyalar ödənməli, insanlar kirayələrə yerləşdirilməli, sonra evlər sökülməlidir. Amma şirkət bələdiyyə sədri və “JEK” rəisinin vasitəsi ilə təzyiq yolu seçib, əlavə tikililəri hesaba almır.

REPORTYOR.info

https://www.youtube.com/watch?v=ErH9bHAG9bI&feature=share&fbclid=IwAR3ovV4NpXdYWzyy1qj4ikX3Kx8WVdk373Z5hLF2s2hYnYDaRKIpXOYjUR4

 

Share190TweetSendSendShareScan
Bizim Video
Previous Post

Zəhranı qaçıran qadını bu cəza gözləyir

Next Post

Başçıdan “Sovetski” qadınlarına: “Ləçərlər, Allah bəlanızı versin” – Video

Next Post
Başçıdan “Sovetski” qadınlarına: “Ləçərlər, Allah bəlanızı versin” – Video

Başçıdan “Sovetski” qadınlarına: “Ləçərlər, Allah bəlanızı versin” - Video

Tramp Çinə qarşı yeni “rüsum həmləsi”nə hazırlaşır:”G20-dən sonra qərar verəcəm”

Tramp Çinə qarşı yeni “rüsum həmləsi”nə hazırlaşır:"G20-dən sonra qərar verəcəm"

Avropa çempionatı:Azərbaycan yığması Lixtenşteynə uduzdu

Avropa çempionatı:Azərbaycan yığması Lixtenşteynə uduzdu

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

2022-05-18
İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

2022-05-18
Azər Axşam telekanal sahiblərinə üsyan etdi

Azər Axşam telekanal sahiblərinə üsyan etdi

2022-05-18
“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Deputat

“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Deputat

2022-05-18
İrəvanda 352 etirazçı saxlanılıb

İrəvanda 352 etirazçı saxlanılıb

2022-05-18
“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev

“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev

2022-05-18
Deputatdan şok: DTX gərək AZAL-da əməliyyat keçirsin…

Deputatdan şok: DTX gərək AZAL-da əməliyyat keçirsin…

2022-05-18
Daşnaksütun Partiyasının sədri saxlanılıb

Daşnaksütun Partiyasının sədri saxlanılıb

2022-05-18
“Rəisim” mahnısı ilə bağlı DİN-dən AÇIQLAMA

“Rəisim” mahnısı ilə bağlı DİN-dən AÇIQLAMA

2022-05-18
Xırdalanda məktəb psixoloqları ilə görüş olub – Foto

Xırdalanda məktəb psixoloqları ilə görüş olub – Foto

2022-05-18
Rusiyanın itkiləri 28 300-ə yüksəldi

Rusiyanın itkiləri 28 300-ə yüksəldi

2022-05-18
“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

2022-05-17
“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

2022-05-17
Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

2022-05-17
“Müharibə sülhlə başa çatacaq” – Peskov

“Müharibə sülhlə başa çatacaq” – Peskov

2022-05-17
Rusiyanın yeni itkiləri açıqlandı: Şok rəqəm

Rusiyanın yeni itkiləri açıqlandı: Şok rəqəm

2022-05-17
Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

2022-05-17
Putin qoşunların hərəkətlərini şəxsən idarə edir

Putin qoşunların hərəkətlərini şəxsən idarə edir

2022-05-17
Son sutkada yoluxma qeydə alınmadı

Son sutkada yoluxma qeydə alınmadı

2022-05-16
İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olundu – FOTOLAR

İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olundu – FOTOLAR

2022-05-16

Seçmə

  • Bütün
  • SEÇMƏ
“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev
Manşet

“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev

2022-05-18
Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı
Manşet

Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

2022-05-17
İctimai Televiziya və Radio Yayımları Şirkəti  “Avroviziya-2022”dən bağlı məlumat yaydı
SEÇMƏ

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022”dən bağlı məlumat yaydı

2022-05-16
Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto
SEÇMƏ

Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

2022-05-16
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi
SEÇMƏ

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Səfa Mirzəyev işdən çıxarıldı
SEÇMƏ

Səfa Mirzəyev işdən çıxarıldı

2022-05-13
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

2022-05-18
İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

2022-05-18

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.