Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub.
Bu barədə MN məlumat yayıb. Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyinin daha əvvəl açıqladığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.
https://mod.gov.az//images/pdf/b2fd2fe2305600a73d52ca568bfb302f.pdf