10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DAĞLIQ QARABAĞ ERMƏNİSTANIN ÇİRKLİ DAXİLİ OYUNLARINDA:“İrəvandakı sağlam düşüncə Qarabağda yoxdur” – Təhlil

08 Yanvar 2019, 13:00
Siyasət, Manşet
A A
DAĞLIQ QARABAĞ ERMƏNİSTANIN ÇİRKLİ DAXİLİ OYUNLARINDA:“İrəvandakı sağlam düşüncə Qarabağda yoxdur” – Təhlil

Sərkis Artsruni

ru.1in.am (Ermənistan), 07.01.2019

 

Dünən İnternetdə şayiə yayılıb ki, Artsaxda (Dağlıq Qarabağda-red.) Fransa ermənisi, homoseksualist Ceym Markosyanı döyüblər. Artsax Obudsmeni Artak Bəyləryan sonradan inandırıcı şəkildə qələmə verib ki, buna bənzər heç nə olmayıb. Amma rəsmi təkzib effekti yetərincə zəif idi, çünki feyk artıq tirajlanmışdı və təkcə sosial şəbəkələrdə deyil, həm də bir neçə saytda fəal müzakirə olunub.

Bəyləryan özünün Facebook səhifəsində nəticəyə gəlib: “Məndə elə bir təəssürat yaranıb ki, bəziləri Artsax ətrafında məqsədyönlü mənfi qavrayış formalaşdırırlar, bu da feyk səhifələr üzərindən edilir. Belə ki, ehtiyatlı olmaq və yoxlanmamış şayiələrə inanmamaq gərəkdir”.

İndiki halda belə təşvişin bir neçə mənada tam yeri var. Birincisi, beynəlxalq dairələrdə Artsaxın nüfuzunu şübhə altına qoymağa çalışan “mahir” dəsti-xətt gözə dəyir və heç bir şübhəsiz, bu yalan məlumatlar çox tezliklə Azərbaycan təbliğatının ən sevimli mövzularından birinə çevriləcək – dünyaya göstərilsin ki, Artsaxda insan haqlarının müdafiəsi sahəsində necə bir pis durum hökm sürür.

Amma bu problemi daha geniş kontekstdə gözdən keçirmək olar, çünki son zamanlar çoxlaylı meydançalarda Artsaxı inqilabi Ermənistana  müqavimət göstərən sui-qəsd ocağı kimi təqdim edirlər və Ermənistanın keçmiş sisteminin təmsilçiləri və Artsax elitasının kriminal oliqarxiyaya bağlı seqmenti belə bir əlverişsiz kontekstin formalaşmasına şərait yaradırlar.

Məsələn, Artsax Müdafiə Ordusunda kadr dəyişiklikləri gedir, yeni təyin edilən komandirlər də Artsax savaşına qatılan və böyük töhfələr verən  adamlardır, lakin Ermənistan media mühitində nə isə yalan, saxta bir tezis görünür ki, guya Nikol Paşinyan vətənsevər generalları ordudan uzaqlaşdırır ki, DQR məsələsində güzəştə getsin.

Aydındır ki, buna bənzər heç nə yoxdur, amma belə şayiələrlə Ermənistan və Artsax cəmiyyətləri arasında psixoloji divar ucaldılır – hələ bunu demirik ki, DQR-də inamsızlıq, qeyri-müəyyənlik əhvalı doğulur.

Ya da hamıya aydındır ki, özəlliklə də Ermənistanda baş vermiş inqilabdan sonra Bako Saakyan hakimiyyəti, yumşaq deyilsə, Artsax ermənilərinin əsas seqmentini təmsil etmir və Ermənistan hökuməti Stepanakertdə (Xankəndində-red.) fors-major inkişafı təşviq etmirsə, yalnız ön cəbhədə inqilabi sınaqların yolverilməz olduğunun dərki səbəbindəndir.

Amma İrəvanda hiss olunan sağlam düşüncə Artsaxda yoxdur, bunun sübutu Artsax Milli Məclisinin üç fraksiyasının bəyanatıdır – onlar, mahiyyətcə, Robert Koçaryanın azad edilməsini tələb edirlər. Aydındır ki, Artsax parlamentinə bu mətn Ermənistanın keçmiş sisteminin təmsilçiləri tərəfindən zorla qəbul etdirilib və bir o qədər də aydındır ki, DQR MM bəyanatının Artsax ermənilərinin siyasi, ictimai əhvali-ruhiyyəsinə heç bir dəxli yoxdur. O biri yandan isə Stepanakertdən səslənən bu sayaq ismarıclar  Ermənistanın ictimai şüurunda Artsaxa münasibətdə müəyyən mənfi çöküntü buraxır.

Sözügedən fitnəkarlıqlar, habelə dünənki dezinformasiya müəyyən məqsədlə təşkil olunur və bu, zaman keçdikcə daha da aydınlaşır. Biz hüquq müdafiəçisi Avetik İşxanyanın dünənki təşəbbüsünü bu kontekstdə tamamilə təbii və haqlı sayırıq.

İşxanyan özünün Facebook qeydində MTX-ə müraciət edib: “Bu gün Şəbəkədən öyrəndim ki, Artsaxda fransalı LGBT fəalı qəddarcasına döyülüb. Bu xəbərdən kədərləndim, Şurnuxdakı hadisəni xatırladım və düşündüm ki, sözün pis mənasında bizim necə bir mühafizəkar cəmiyyətimiz var. Amma bir qədər qabaq Artsaxın ombudsmeni Artak Bəyləryanın inandırıcı, xəbərin daşını daş üstə qoymayan təkzibini oxudum. Və təsəvvür edin ki, təkzib məni daha çox narahat etdi. Bu təhlükəli indormasiyanın müəllifi və ya müəllifləri kimlərdir?Artsaxın beynəlxalq arenada nüfuzdan salınmasının məqsədi nədir? Ürəkdən istərdim ki, bu dezinformasiyada hər hansı qərəz olmayaydı. Ümidvaram ki, bizim rəşadətli MTX-miz qısa müddətdə dezinformasiyanın müəlliflərini üzə çıxaracaq”.

Ola bilsin, doğrudan da, Artsaxı məhz kimlərin çirkli oyunlara çəkdiyini aydınlaşdırmağın vaxtı çatıb. Deyəsən, Ermənistanda hakimiyyət itiriləndən sonra DQR bəziləri üçün son “qala” olub.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradılıb –Təsisçilər sırasında azərbaycanlı jurnalist də var

Sonrakı yazı

Qarabağ İcmasının yeni İdarə Heyəti:kimlər getdi, kimlər gəldi? – SİYAHI

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.