Cümə, Sentyabr 22, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

Dələduzluqla bağlı Mehriban Əliyevaya müraciət: “Torpağımı özümə qaytarsınlar…”

22 Noyabr 2022, 13:57
in Cəmiyyət
Dələduzluqla bağlı Mehriban Əliyevaya müraciət: “Torpağımı özümə qaytarsınlar…”

“Mənim bir qadın olaraq hüquqlarımın bərpa edilməsinə və mülkiyyət hüququmun pozulmasının qarşısının alınmasına öz köməkliyinizi Sizdən xahiş edirəm”

Azərbaycan Respublikası, Bakı şəhəri, Niyazi küç 5 ünvanında yaşayan Quliyeva Şölə Kamil qızı Azərbaycan Respublikasının Birinci xanımı, Azərbaycan Respublikası H.Əliyev adına Fondunun Prezidenti, Vitse-Prezident
Mehriban xanım Əliyevaya üzləşfiyi dələduzluq olayıyla bağlı müraciət edib. Surəti mediaya göndərilən həmin müraciəti cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
“Hörmətli Mehriban xanım!
Mən, Quliyeva Şölə Kamil qızı 03.05.1977-ci il tarixində Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşam. 2006-cı ildə qardaşım 11.10.1986-cı il təvəllüdlü Quliyev Elnur Kamil oğlu (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA3031876) ilə birlikdə torpaq sahəsi almaq qərarına gəldik. Buna görə də 2006-cı ildə Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığında bələdiyyə sənədi əsasında Əliyev Şəmsi Səməd oğlu (050-314-53-33) adlanan şəxsdən hər birimizin adına ayrılıqda 6 sot, ümumilikdə isə 12 sot torpaq sahəsi aldıq. Bunun müqabilində Əliyev Şəmsi Səməd oğluna 72000 (yetmiş iki min) manat məbləğində pul ödədik. İkimizin adına ayrılıqda 6 sot torpaq sahəsi aldığımıza görə hər 6 sot torpaq üçün 36000 (otuz altı min) manat məbləğində pul ödəmiş olduq.
Həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 39 saylı 14 aprel 2010-cu il tarixli qərarı da Əliyev Şəmsi Səməd oğlundan öz adıma aldığım Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığındakı 6 sot torpaq sahəsinin mənim adıma olmasını və mənim istifadə hüququmda olduğunu təsdiq edir. Bununla yanaşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 38 saylı 14 aprel 2010-cu il tarixli qərarı da Əliyev Şəmsi Səməd oğlundan qardaşım Quliyev Elnur Kamil oğlu adına aldığımız Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığındakı 6 sot torpaq sahəsinin qardaşım Quliyev Elnur kamil oğlunun adına olmasını və onun istifadə hüququnda olduğunu təsdiq edir.
Həmçinin nəzərinizə çatdırıram ki, biz torpaq sahəsi alarkən Əliyev Şəmsiyə müraciət etdikdə o sata biləcəyi ümumi hasarlanmış 48 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini hissə-hissə, yəni hər hissəsi 6 sot olmaqla satacağını bildirdi. Biz də onunla razılaşaraq ikimizə də ayrılıqda 6 sot torpaq sahəsini aldıq.
Bizim bu neçə illər ərzində həmin torpaq sahəsində ev tikməyə və abadlıq işləri görməyə imkanımız olmadığından aldığımız torpaq sahəsində heç bir şey tikə bilməmişdik. Amma həmin ərazidə torpaq sahəmizin olduğunu düşünürdük və əlimizdə imkan olduqda burada abadlıq işləri aparacaqdıq. Lakin 07.02.2021-ci il tarixində həmin torpaq sahəsinin olduğu yerə baxış keçirdikdə bizim aldığımız ərazilərdə yaşayış sahələrinin, evlərin olduğunu müşahidə etdik.
İlk öncə öz torpağımızı hasarlamadığımıza görə başqa şəxslərin bu torpaqları sahibsiz sanaraq qanunsuz şəkildə məskunlaşdığını düşündük. Sonra isə Əliyev Şəmsinin satdığı 48 sot torpaq sahəsinin içərisində yaşayan hər kəsin öz torpaqlarını Əliyev Şəmsidən aldığını, burada qanuni şəkildə məskunlaşdığını öyrəndim. Belə ki, burada yaşayış sahəsi olan hər kəsin torpaq sahələrinin sənədi var. Mənim və qardaşım Quliyev Elnur kamil oğlunun adına aldığımız torpaq sahələrinin də yerində yaşayış sahələri tikib məskunlaşan şəxslər də bu torpaqları bizim kimi Əliyev Şəmsidən aldıqlarını bildirdilər və öz sənədlərini də bizə göstərdilər. Bu isə Əliyev Şəmsinin bir torpaq sahəsinin birdən çox şəxsə satması deməkdir.
Bu açıqcasına bizim öz torpağımızdan, mülkiyyətimizdən istifadə hüququmuzun pozulması deməkdir. Bu da mülkiyyət hüququnun özünün kobudcasına pozulmasıdır. Əliyev Şəmsi bizim etibarımızdan sui-istifadə edərək dələduzluq yolu ilə bizi və digər şəxsləri aldatmış, bir torpaq sahəsini birdən çox şəxsə satmışdır.
Bu hadisə ilə bağlı Əliyev Şəmsi Səməd oğluna dedikdə isə o mənə güya bunlardan xəbərdar olmadığını və bütün bunları başqasının etdiyini demişdir. Bununla da ona torpaq sahəsinə görə ödədiyimiz pulu qaytarmaqdan boyun qaçırmışdır.
Düşünürəm ki, bu torpaq sahəsi üzərində bizim mülkiyyət hüququmuz vardır və bu hüquq Əliyev Şəmsi Səməd oğlu tərəfindən pozulmuşdur. Buna görə də bizim torpaq sahəsi üzərində mülkiyyət hüququmuz tanınmalıdır. Çünki haqqında danışdığımız torpaq sahəsi bələdiyyə və icra hakimiyyətinin sənədi əsasında bizə məxsusdur.
Mən bu məsələ ilə bağlı 08.02.2021-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etsəm də, burada 11 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Mən bundan sonra bu qərardan məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət vermişəm. Bu iş hal-hazırda Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Bundan başqa mən bu məsələnin araşdırılması ilə bağlı bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etmişəm.
Bütün bunları nəzərə alarqaq bir Azərbaycan qadını olaraq Sizdənxahiş edirəm bu məsələnin müraciət etdiyim orqanlar tərəfindən dəqiqliklə araşdırılmasına nəzarət edəsiniz. Mənim bir qadın olaraq hüquqlarımın bərpa edilməsinə və mülkiyyət hüququmun pozulmasının qarşısının alınmasına öz köməkliyinizi Sizdən xahiş edirəm”

ShareSendTweetShare
Previous Post

Azadlığa buraxılan dələduz MTK rəhbəri yenidən həbs edildi – İş böyüyür…

Next Post

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş

Related Posts

Ordumuz Xankəndi istiqamətində hücuma keçib? – MN-dən açıqlama
Cəmiyyət

Ordumuz Xankəndi istiqamətində hücuma keçib? – MN-dən açıqlama

by reportyor info
21 Sentyabr 2023, 13:00
Sabah 27 dərəcə isti olacaq
Cəmiyyət

Sabah 27 dərəcə isti olacaq

by reportyor info
21 Sentyabr 2023, 12:42
Antiterror tədbirləri zamanı Prezidentin saytına saniyədə 4 milyondan çox DDoS hücümu olub
Cəmiyyət

Antiterror tədbirləri zamanı Prezidentin saytına saniyədə 4 milyondan çox DDoS hücümu olub

by reportyor info
21 Sentyabr 2023, 12:28
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Cəmiyyət

Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur

by reportyor info
21 Sentyabr 2023, 10:29
Ərlə-arvadın birgə mülkiyyəti necə bölünür? – Qanunvericilik bu hallara icazə verir
Cəmiyyət

Ərlə-arvadın birgə mülkiyyəti necə bölünür? – Qanunvericilik bu hallara icazə verir

by reportyor info
20 Sentyabr 2023, 16:33

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Ermənilər Azərbaycanın ABŞ-dakı konsulluğunun binasına hücum etdi

Yurd Dışında Yaşayan Güney Azərbaycanlı Aktivistlərin Ermənilərin Törətdiyi Son Təxribatla Bağlı Bildirişi

21 Sentyabr 2023, 20:35
Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

21 Sentyabr 2023, 16:54
XİN Katrin Kolonnaya cavab verdi

XİN Katrin Kolonnaya cavab verdi

21 Sentyabr 2023, 16:42
Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edil

Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edil

21 Sentyabr 2023, 16:30
Erməni nümayəndələrlə daha bir görüş olacaq

Erməni nümayəndələrlə daha bir görüş olacaq

21 Sentyabr 2023, 16:17
Yevlax görüşündə erməni nümayəndələr Azərbaycandan nələri xahiş edib? (RƏSMİ)

Yevlax görüşündə erməni nümayəndələr Azərbaycandan nələri xahiş edib? (RƏSMİ)

21 Sentyabr 2023, 16:05
İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

21 Sentyabr 2023, 15:00
Prezidentin köməkçisi sülh müqaviləsindən DANIŞDI

Prezidentin köməkçisi sülh müqaviləsindən DANIŞDI

21 Sentyabr 2023, 14:49
Azərbaycan gələn il 2 milyard manata yaxın borc alacaq

Azərbaycan gələn il 2 milyard manata yaxın borc alacaq

21 Sentyabr 2023, 14:37
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatdı (FOTO/VİDEO/YENİLƏNİB)

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatdı (FOTO/VİDEO/YENİLƏNİB)

21 Sentyabr 2023, 13:29
Ordumuz Xankəndi istiqamətində hücuma keçib? – MN-dən açıqlama

Ordumuz Xankəndi istiqamətində hücuma keçib? – MN-dən açıqlama

21 Sentyabr 2023, 13:00
Sabah 27 dərəcə isti olacaq

Sabah 27 dərəcə isti olacaq

21 Sentyabr 2023, 12:42
Antiterror tədbirləri zamanı Prezidentin saytına saniyədə 4 milyondan çox DDoS hücümu olub

Antiterror tədbirləri zamanı Prezidentin saytına saniyədə 4 milyondan çox DDoS hücümu olub

21 Sentyabr 2023, 12:28
Yevlaxdakı görüşdə kimlər iştirak edir?

Yevlaxdakı görüşdə kimlər iştirak edir?

21 Sentyabr 2023, 12:09
Ərdoğan İlham Əliyevə zəng etdi, antiterror tədbirləri müzakirə edildi

Ərdoğan İlham Əliyevə zəng etdi, antiterror tədbirləri müzakirə edildi

21 Sentyabr 2023, 11:19
Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?

Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?

21 Sentyabr 2023, 11:06
Paşinyan istefa verməyəcək

Paşinyan istefa verməyəcək

21 Sentyabr 2023, 10:57
Erməni sakinlərin nümayəndələri Yevlaxda (CANLI YAYIM)

Erməni sakinlərin nümayəndələri Yevlaxda (CANLI YAYIM)

21 Sentyabr 2023, 10:49
Ermənilərin Yevlaxa gələn nümayəndəsi kimdir?

Ermənilərin Yevlaxa gələn nümayəndəsi kimdir?

21 Sentyabr 2023, 10:35
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur

Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur

21 Sentyabr 2023, 10:29
Prezident xalqa müraciət edəcək

Prezident xalqa müraciət edəcək

20 Sentyabr 2023, 18:26
Prezident BP şirkətinin İdarə Heyətinin sədrini qəbul etdi

Prezident BP şirkətinin İdarə Heyətinin sədrini qəbul etdi

20 Sentyabr 2023, 16:43
Ərlə-arvadın birgə mülkiyyəti necə bölünür? – Qanunvericilik bu hallara icazə verir

Ərlə-arvadın birgə mülkiyyəti necə bölünür? – Qanunvericilik bu hallara icazə verir

20 Sentyabr 2023, 16:33
14 şirkət rəhbəri məhkəməyə çıxarılır – Milyonluq tenderlərin “qalib” olmaq sirlərini açacaqlar

14 şirkət rəhbəri məhkəməyə çıxarılır – Milyonluq tenderlərin “qalib” olmaq sirlərini açacaqlar

20 Sentyabr 2023, 16:21
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum oldu

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum oldu

20 Sentyabr 2023, 15:58
“Lotu Quli”nin bacısı oğlunun maşını gülləbaran edildi, ağır yaralandı (FOTO)

“Lotu Quli”nin bacısı oğlunun maşını gülləbaran edildi, ağır yaralandı (FOTO)

20 Sentyabr 2023, 14:59
“Haqlı mübarizədə can Azərbaycanın yanındayıq” – Bayraktar

“Haqlı mübarizədə can Azərbaycanın yanındayıq” – Bayraktar

20 Sentyabr 2023, 14:39
Erməni silahlıları Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər (VİDEO)

Erməni silahlıları Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər (VİDEO)

20 Sentyabr 2023, 14:18
Azərbaycan MN: “Erməni silahlı birləşmələrinin könüllü şəkildə geri çəkilməsinə şərait yaradılır”

Azərbaycan MN: “Erməni silahlı birləşmələrinin könüllü şəkildə geri çəkilməsinə şərait yaradılır”

20 Sentyabr 2023, 13:50
Müdafiə Nazirliyi vətəndaşlara çağırış

Müdafiə Nazirliyi vətəndaşlara çağırış

20 Sentyabr 2023, 13:40

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Avq    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info