“REAL 28 may Cümhuriyyət günündə İstiqlal abidəsini ziyarət edəcək”.
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın İcra Aparatının rəhbəri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, həmin günü partiya üzvləri sərbəst şəkildə İstiqlal abidəsini ziyarət edib, çiçək buraxa bilərlər: “Xüsusi bir tədbirin keçirilməsinə ehtiyac yoxdu.
Biz 28 may Cümhuriyyət günü ilə bağlı videorolik hazırladıq, həmin videoya 10 minlərlə baxış olub. Həmin günü bu yolla qeyd etməyə üstünlük veririk”.