19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ÇOX QƏDDARDIR, NARAZILIQLAR VARDI…” – Politoloq Elmar Vəliyevin güllələnməsindən danışdı

09 İyul 2018, 11:39
Gündəm, Cəmiyyət
A A
“ÇOX QƏDDARDIR, NARAZILIQLAR VARDI…” – Politoloq Elmar Vəliyevin güllələnməsindən danışdı

“Nəzarət funksiyasını itirəndə məmur özbaşınalığı illərlə müxtəlif sahələrdə davam edir və hardasa partlayışlar baş verir”

“Mən ilk növbədə onu qeyd etmək istəyirəm ki, həmin günlərdə Azərbaycan hakim dairələrindən bir-birini təkzib edən 3-4 versiya ortalığa atılmışdı. Hamı buna diqqət yetirdi ki, hakimiyyət tərəfindən verilən reaksiyalarla – bəzi yüksək çinli məmurların da şərhləri bura daxildir, eyni zamanda dövlət orqanlarının rəsmi məlumatları da – tanış olanda görürsən ki, bir-birinə zidd, bir-birini təkzib edən 3-4 versiya irəli sürülür. Gün-gündən də bu proseslər davam edir.” Bu fikirləri Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsinə münasibət bildirərkən açıqlayıb.

“AzPolitika.info”nun məlumatına görə, o, bu hadisədən müxtəlif xarici qüvvələrin istifadə etmək istədiyini bildirib. Eyni zamanda hadisənin baş verməsində məmur özbaşınalığının da ciddi rol oynadığını bildirib:  “Təbii ki, biz həmişə belə üsulların, cinayətlərin əleyhinə olmuşuq və birmənalı olaraq belə hadisələr pislənməlidir. Sadəcə olaraq, hər bir hadisədə medalın iki üzü olur. Biz odlu silahdan istifadə edib hansısa məmurlardan qisas alınmasını pisləməklə yanaşı, hakimiyyətdən belə məmurlarla bağlı vaxtında ölçü götürülməsini də istəməliyik. Ümumiyyətlə, son illərdə Azərbaycanda bir neçə ciddi hadisələr baş verdi, başqa-başqa sahələrdə baş verməsinə baxmayaraq, onları birləşdirən bir amil var. Məsələn, Azərbaycanın Beynəlxalq Bankında az qala dövlət büdcəsinə bərabər olan vəsait talan edildi, sonra üstü də açıldı. MTN-də mütəşəkkil cinayət qrupu formalaşdı və illərlə iş adamlarına divan tuturdu, sonra onların üstü açıldı. Ondan sonra Mingəçevirdə qəza və Gəncədəki hadisə baş verdi. Bilirsinizmi bunların hamısını birləşdirən hansı amildir? Bu hadisələrin biri bank, digəri milli təhlükəsizlik, digəri enerji sektorunda, başqası icra və yerli camaat arasındakı narazılıq zəminində oldu. Ancaq bunları birləşdirən bir amil var. O hadisəyə gətirib çıxaran proseslər illərlə davam edirdi. MTN-də baş verənlər, Beynəlxalq Bankdakı talançılıq bir gündə baş vermədi, bu, illərlə davam edirdi. Prezidentin yanındakı müşavirədə məlum oldu ki, Mingəçevir Elektrik Stansiyası ilə bağlı illərlə arayışlar verilib ki, orda nöqsanlar, təhlükəli qəzaya səbəb ola biləcək amillər var. Gəncədə icra başçısı ilə bağlı illərlə mətbuatda materiallar gedirdi ki, insanlarla davranışı çox kobuddur, çox qəddardır, orda narazılıq var və nə isə baş verə bilər. Bunları birləşdirən amil odur ki, dövlət idarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur, hiss olunmur.

elmarNəzarət funksiyası olsaydı, vaxtında tədbir görülərdi. Həm MTN, həm Beynəlxalq Bank, həm Mingəçevirdə baş verən hadisə, həm Gəncədə yaranmış ab-hava ilə bağlı hadisə baş verməzdi. Nəzarət funksiyasını itirəndə məmur özbaşınalığı illərlə müxtəlif sahələrdə davam edir və hardasa partlayışlar baş verir. Bunlar hamısı Azərbaycan üçün çox böyük təhlükə yaradan amillərdir. Ona görə də mən söhbətimizin əvvəlinə qayıdıram ki, burada dövlətimizin tədbirlər görməsi çox vacibdir. Belə bir geopolitik durumda, hətta Azərbaycanın ətrafında da təhlükəli proseslər gedir, regional müharibələrə bizim sərhədlərimizə yaxınlaşır. Bizim ordumuzun qarşısında duran vəzifələr var. Ordumuz buna hazırdır, mən buna tam əminəm. Ancaq gərək arxa cəbhədə tam əmin-amanlıq olsun. Bütün bu məsələlər bizim idarəetmə sistemindəki nöqsanlarla uzlaşmır. Bu məsələdə ciddi, sistemli tədbirlər görülməlidir. Əgər biz torpaqlarımızın azad olunmasını, daxildə sabitliyin, əmin-amanlığın qorunmasını istəyiriksə, dövlət idarəetmə sistemi saat kimi işləməlidir, dəqiq, operativ və obyektiv olmalıdır. Buna nail ola bilməsək, qarşımızda duran böyük və çox mürəkkəb vəzifələri həyata keçirməkdə ya böyük çətinlik çəkəcəyik, ya da bu, mümkün olmayacaq.”

Rasim
AzPolitika.info

Əvvəlki yazı

TexnologiyaUniversitetinin əməkdaşı Prezidentə Müraciət etdi!

Sonrakı yazı

Tovuzda qədim yaşayış tikililəri aşkarlanıb – FOTOLAR

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.