05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

CON BOLTONUN LİMON ZƏRB-MƏSƏLİ:100 il əvvəl Almaniya barədə söylənən ifadə indi İrana şamil olundu

14 Noyabr 2018, 18:17
Manşet
A A
CON BOLTONUN LİMON ZƏRB-MƏSƏLİ:100 il əvvəl Almaniya barədə söylənən ifadə indi İrana şamil olundu

“Cavan” qəzeti (İran)

 

İrana qarşı yeni sanksiyaların qüvvəyə minməsi və humanitar hərəkətlərin sanksiya qanunundan azad olunduğuna dair Vaşinqtonun iddialarından bir həftə sonra, içi İrana düşmənçiliklə dolu Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton ürəyini o ki var boşaldıb. Noyabrın 13-də o deyib: “Biz iranlılara limon kimi sıxıb suları çıxana qədər təzyiq göstərmək məcburiyyətindəyik”.

Bolton neft qiymətlərinin artması və İranın qarşı sanksiyaların Amerika iqtisadiyyatına mümkün bumeranq effektidən qaynaqlanan narahatlıqlar, İrana təzyiq göstərməklə Vaşinqtonun İranın neft ixracını sıfıra endirmək niyyətindən söz açıb.

ABŞ müttəfiqlərinin İran əleyhinə ikinci mərhələ sanksiyalar tətbiq etməsinə etirazı və İrandan neft almağa davam etmələrinə baxmayaraq, Vaşinqton rəsmiləri Tehrana təzyiqləri gücləndirməkdə davam edirlər.

İrana qarşı sanksiyaların davamlı tərəfdarı olan Con Bolton Sinqapurda keçirilən tədbirdə çıxış edərək bir daha ABŞ-ın sanksiyaları əhəmiyyətli dərəcədə gücləndirəcəyini açıqlayıb: “Amerikanın məqsədi İranın neft ixracını sıfıra endirməkdir. İngilislərin dediyi kimi, onları limon kimi sıxıb suyu çıxana qədər təzyiq göstərəcəyik. Səylərimiz İranı normal davranışa məcbur etməkdir”.

Con Boltonun iranlılar barədə işlətdiyi “limon suyunu sıxma” ifadəsi nə az, nə çox, düz 100 il əvvəl, 1918-ci ildə ingilis siyasətçi Erik Kidz tərəfindən istifadə olunub.

Kidz bu sözləri Birinci Dünya müharibəsindən sonra Antanta bloku üzrə müttəfiqlərin Almaniyadan təzminat alması ilə bağlı söyləyib:

“Almanlar hər bir pennini bizə verməlidirlər,  almanlara limon kimi sıxılıb suyu çıxana qədər təzyiq göstərməliyik”.

Bolton çıxışının davamında deyib: “Hazırda iranlılar neft sanksiyalarından yan keçmək və maliyyə bazarlarına yol tapmaq üçün yeni yollar tapıblar”. Onun sözlərinə görə, “Avropa ölkələrinin bəzisi yalançı və ya kinlidir, bir çoxları indi bu həqiqəti qəbul edirlər”.

Bolton iddia edib: “Biz İran hökumətinin real təzyiq altında olduğuna inanırıq“.

Milli təhlükəsizlik müşavirinin İrana istiqamətli iddiaları səslərkən, ABŞ hökuməti geniş bir kampaniya başlayaq digər ölkələri birtərəfli sanksiyalarla İran millətinə təzyiq göstərməyə razı salmağa çalışır, amma Vaşinqtonun müttəfiqləri bunu etməkdən çəkinirlər. Onların bir qismi İrandan neft almağa davam etmək üçün Vaşinqtondan güzəşt əldə edib.

ABŞ hökuməti sionist rejimlə birgə İranda qarışıqlıq və iğtişaşlar törətmək məqsədi ilə birgə qrup yaradıb. Həmçinin, Ağ Evin anti-İran planlarında separatçılığın dəstəklənməsi və İran sərhədlərində təxribatlar da  nəzərdə tutulur.

ABŞ səlahiyyətliləri zaman keçdikcə İrandan neft ixracının sıfıra enəcəyini iddia etsələr də, İran səlahiyyətliləri ABŞ-ın bu siyasətdə uğursuzluğa düçar olacağını söyləyirlər.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətərin “Əl-Ərəbi əl-Cədid” qəzetinə bildirib ki, ABŞ-ın çox böyük iqtisadi gücü var, amma bəzi şirkətlərin narahatlığına baxmayaraq, dünyanın bütün ölkələri ABŞ sanksiyalarına qarşıdır. Əvvəllər də demişik ki, ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək”.

Zərif əlavə edib: “Təbii ki, sanksiyalar iqtisadi təsirlərə malikdir, amma siyasətimizə təsir etməyib və sanksiyaların ikinci mərhələsində yeni bir şey yoxdur. Altı ay əvvəl ABŞ-ın nüvə sazişindən çıxmasından sonra sanksiyaların tətbiq ediləcəyini bilirdik, amma hələ keçən ilin oktyabrından iqtisadi aktyorlar Donald Trampın bu qərarı qəbul edəcəyini anlamışdılar. O vaxtdan bəri sanksiyalar iqtisadiyyata təsir göstərir və ilk növbədə, insanları hədəfə alır. Amerikalılar bu təzyiqlə ümid edirlər ki, iranlılar hökuməti öz siyasətini dəyişdirməyə və hətta bütün siyasi sistemi təhdid etməyə təşviq olunacaqlar”.

 

Tərcümə: Strateq.az

Əvvəlki yazı

“HƏMİN PULLAR XALQIN, DÖVLƏTİN PULUDUR…” – Deputat sabiqlərin əmlakını satmağı təklif edir

Sonrakı yazı

“Azadlıq” qəzetinin ofisində oğurluq olub

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.