Çinin ilk yerli C919 sərnişin təyyarəsi bu gün ilk uçuşunu həyata keçirib. Bazar günü səhər Şanxaydan havaya qalxan 164 yerlik təyyarə 130 sərnişinlə təxminən 3 saatlıq uçuşdan sonra Pekində uğurlu eniş edib.
Çin Kommersiya Aviasiya Korporasiyasının (COMAC) verdiyi açıqlamada, 5 il ərzində hər il 150 ədəd təyyarənin istehsalının planlaşdırıldığı və artıq 1200-dən çox sifarişin qəbul edildiyi bildirilib.
Sərnişin təyyarəsinin mühərriki və elektron sistemləri Qərb hissələrindən ibarət olduğu halda, bir neçə il əvvəl C919 modelinin kokpitində əyləşən Çin prezidenti Si Cinpin layihəni Çinin ən innovativ nailiyyətlərindən biri kimi qiymətləndirib.