06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Çingiz Abdullayevə cavablar gecikmədi – Qalmaqal

11 Sentyabr 2020, 10:03
Uncategorized
A A
Çingiz Abdullayevə cavablar gecikmədi – Qalmaqal

Xalq yazıçısı Çingiz Abdullayev öz facebook profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib.

Çingiz Abdullayev qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

Ç.Abdullayev xarici kanallarda (rus kanallarında) demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da vurğulayıb. 

Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a danışıb:

“Əlbəttə ki, əgər dünya televiziyalarında danışmaq istəyirsənsə, xarici dili mükəmməl bilmək lazımdır. Bunu da ki, rus və yaxud xarici dilli məktəblərdən əldə etmək olur.

Xaricdə olanlarımızın bir qismi bizim kəşfiyyatçılarımız olmalıdır, oradan məlumatlar götürüb, bizə ötürməlidir. Bu mənada Çingiz Abdullayevlə  razıyam. Bir məsələni də vurğulayım ki, şəxsən mən özüm rus məktəbini bitirmişəm”.

Hikmət Hacızadə qeyd etdi ki, bu məsələdə mental dəyərlər də öz sözünü deyir: “Burada artıq ikinci məsələ özünü göstərir – mentalitet. Onlar rus dilini bilir, lakin fəal deyilər, sanki utancaqdırlar, həmişə sıxıntı hiss edirlər, camaat arasına çıxmaq istəmirlər, gizlənirlər.

Əlbəttə ki, onlar öz fikirlərini ifadə etmək qabiliyyətinə malikdirlər, lakin utancaqlıq göstərirlər, danışmırlar, danışmaq vərdişləri yoxdur.

Lakin erməni hər yerdə həyasızcasına danışır, özünü hər yerə sala bilir, ona görə də onda reportaj alınır və işə girə bilir. Bizimkilər isə bir daha qeyd edirəm ki, utancaqdırlar. Özlərini belə təqdim etməyə utanırlar. Bu isə artıq bizim mentalitetimiz, mədəniyyətimizdir”.

Tanınmış teletənqidçi Qulu Məhərrəmli də mövzu ilə bağlı danışıb. O qeyd edib ki, Rusiya mətbuatında azərbaycanlı jurnalistlərin zəif görünməsi  rus dili ilə bağlı deyil:

“Bunun birinci səbəbi ölkənin içində media səviyyəsi ilə bağlıdır. İkincisi isə rus mediası ilə zəif işin aparılmasının nəticəsidir. Daha bir, sonuncu səbəb isə təhsil ola bilir. Bir daha qeyd edirəm ki, rus məktəblərinin bu məsələ ilə birbaşa əlaqəsi yoxdur. Uzun illərdir ki, jurnalistika fakültəsinin rus bölməsinin hər il 20-30 məzunu olur.

Eləcə də ingilis dilini bilənlərin sayı az deyil. Sadəcə olaraq, Rusiya mediası ilə işin zəif qurulması bu nəticəni verir. Xatırlayıram ki, illər öncə Moskvada ”Azerbaycanski ekspress” qəzeti nəşr edilirdi. Qəzetin rəhbəri həmin dövrdə Azərbaycan səfirliyində mətbuat katibi çalışan Ağamalıyev idi.

Lakin çox təəssüf ki, həmin qəzetə dəstək olunmadı. Halbuki “Azerbaycanski ekspress” qəzeti Rusiya məkanında səs salırdı, hətta ermənilər bundan narahat olmağa başlamışdılar. Eləcə də Moskvada yerüstü yayıma efirə çıxan televiziyamız var idi. Çox təəssüf ki, onların hər ikisini qoruyub – saxlamaq gücümüz, qabiliyyətimiz olmadı.

Qeyd etdiyim mətbuat orqanlarımız Rusiya mətbuatına ciddi surətdə inteqrasiya oluna bilirdi. Yəni biz öz bacarıqsızlığımızı, fərsizliyimizi rus dilinin üstünə atmamalıyıq. Bunun üçün əvvəldən lazım olan səviyyədə lazımi mexanizmlər qurulmayıb. Bütün bunlar hamısı onun nəticəsidir”.

“Mentalitet xüsusiyyətlərimiz də bu məsələdə özünü göstərir” fikrinə isə Qulu Məhərrəmli bu cür mövqe bildirdi: “Mentalitet xüsusiyyətlərimizə qalanda ölkə içində görün nə qədər həyasız, vicdansız trollar var. Lakin onların savadı, qabiliyyəti yoxdur, uzaqbaşı insanları təhqir edib, yalan, böhtan yaza bilirlər. Amma biz həqiqətən Rusiya mediası üçün yaza bilən səviyyəli  jurnalistlər yetişdirməliyik. Əlbəttə ki, ölkə içində rusdilli medianın inkişafına da diqqət etməliyik.

Məsələn, ölkəmizdə ”Zerkalo” kimi güclü, Cənubi Qafqazda tanınan qəzetimiz var idi. Eləcə də “Exo” da onun kimi. Bu redaksiyalarda çalışan jurnalistlərin kifayət qədər intellekti, ağlı, yazı  qabiliyyəti var idi. Onların Rusiya mediası ilə əlaqələrini qurmaq əvəzinə sıradan çıxartdıq, nəticədə böyük bir resursdan məhrum olduq. İndi də gec deyil və biz bu sahəyə diqqəti artırmalıyıq”.

 

Əvvəlki yazı

“Ramiz Mehdiyev tələb edirdi ki, pul gətir” – Hafiz Hacıyev

Sonrakı yazı

“Əli Həsənov tapşırmışdı ki, şər-böhtan yazsınlar” – Gülər

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.