Çində son 24 saatda koronavirusdan ölüm faktı qeydə alınmayıb.
Virtualaz.org bildirir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyasına istinadən “HaberGlobal” məlumat yayıb.
Qeyd edək ki, bu, koronavirus yayılandan aylar sonra ilk belə haldır.
Məlumatda bildirilir ki, gün ərzində 32 nəfər virusa yoluxub. Bununla da, Çində koronavirusa yoluxanların sayı 81 740 nəfərə çatıb.