Çinin Yunnan əyalətinin Naqu şəhərində 13-cü əsrə aid Najiaying məscidinin günbəzinin dağıdılacağı iddia edildikdən sonra müsəlmanlar bu qərara etiraz etmək üçün məscidin qarşısına toplaşıblar.
Şənbə günü baş verən hadisədə polis müsəlmanların məscidə girməsinə mane olmaq istəyərkən əlbəyaxa dava düşüb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsinə reaksiya verən və müqavimət göstərən etirazçılar polisə daşla hücum edib. Toqquşmadan sonra polis geri çəkildikdən sonra müsəlmanlar məscidə daxil olublar.
Məscidin sökülməsinə mane olmaq istəyən camaat məscidin girişində keşik çəkməyə başlayıb.
Polisin verdiyi açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı və etirazçıların iyunun 6-dək təslim olmağa çağırıldığı bildirilib. Bəyanatda təslim olanların və cinayətlərini etiraf edənlərin cəzalarının yüngülləşdiriləcəyi qeyd edilib.
Nəciayinq məscidinə son vaxtlar əlavə edilən günbəz və minarələrin 2020-ci ildə məhkəmə qərarı ilə qanunsuz olduğu səbəbilə söküləcəyi açıqlanıb.
Təxminən 47 milyon əhalisi olan Yunnan əyaləti Çinin etnik cəhətdən qarışıq bölgələrindən biri kimi tanınır. Yunnandakı müsəlman əhalisinin təxminən 700 min olduğu təxmin edilir.
2018-ci ildə Çinin Ningxia Hui Muxtar Bölgəsində yüzlərlə müsəlman məscidlərinin sökülməsinin qarşısını almaq üçün Çin hakimiyyəti ilə gərginlik yaşayıb. Həmin tarixdə Yunnan əyalətində 3 məscid qeyri-qanuni dini təhsil səbəbilə bağlanıb.