Türkiyədə fabrik qurmaq üçün “yaşıl işıq” yandıran Çin avtomobil nəhəngi SAIC Motorun planları əlavə gömrük vergisi ilə ilişib qalıb. Şirkət investisiyadan tamamilə imtina etməyib, lakin vəziyyəti yenidən nəzərdən keçirir. MG-nin SAIC Motor daxilində Türkiyə fəaliyyətlərinin rəhbəri Kağan Dağtekin, “Niyyətimiz Türkiyəyə investisiya gətirmək, buradakı mövqeyimizi gücləndirmək və Avropaya ixrac qapılarını açmaq idi. Ümidimiz bitməyib, işimiz davam edəcək”, – deyə o bildirib.