Çin mətbuatında yer alan xəbərə görə, dünən yerli vaxtla saat 15.00 radələrində 17-si Çinli, 17-si İndoneziya və 5-i Filippinli olmaqla, ümumilikdə 39 ekipajı olan Çin bayraqlı balıqçı gəmisi Hind okeanında batıb. Bildirilib ki, “Lupenglaiyuanyu 8” gəmisində ekipajdan heç bir xəbər yoxdur.
Çin prezidenti Si Cinpin nazirliklərə axtarış və xilasetmə işlərinə köməklik göstərməyi tapşırıb. Xi, xilasetmə əməliyyatının “ümumi səy” tələb etdiyini söylədi.
Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, bölgədəki vəziyyətin izlənildiyi və bunun Çinin Maniladakı səfirliyi və gəminin məlum olan son yeri yaxınlığında fəaliyyət göstərən axtarış-xilasetmə qrupları ilə koordinasiyalı olduğu qeyd edilib. Ərazidə axtarış tədbirləri davam etdirilir.