05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Çimərliklərə getmək olar, yoxsa qadağandır? – DİN-dən Açıqlama

29 İyul 2020, 21:43
Manşet
A A
Çimərliklərə getmək olar, yoxsa qadağandır? – DİN-dən Açıqlama
Bu gün sərt karantin rejimində yaşayan bir çox vətəndaş çimərlik mövsümünün açılmasını arzulayır.
Bildiyiniz kimi, koronavirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin pisləşməsi səbəbindən Azərbaycanda iyunun 21-dən avqustun 5-dək davam edəcək ikinci dəfə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında bu rejim fəaliyyət göstərir.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yenidən tətbiq olunduğu bölgələrdə çimərliklərə getmək də qadağandır. Operativ Qərargahın son brifinqi zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd etdi ki, sərtləşdirilmiş karantin rejimi avqustun 5-dən sonra uzadılmayacaq və məhdudiyyətlər tədricən qaldırılacaq.
Lakin bu tarixə qədər çimərliklərin açılacağını gözləmək üçün heç bir əsas yoxdur. Ş.Mövsümovun sözlərinə görə, bu, koronavirusla mübarizə üçün bu günə qədər görülən işləri ləğv edə bilər.
“Buna görə də bu məhdudiyyəti hələ ləğv edə bilmərik. Çimərlikləri açmaq çox risklidir. Burada üç məqamı qeyd etmək lazımdır. Birincisi, insanlar böyük bir izdiham şəraitində sosial məsafə saxlaya bilməyəcəklər və bu yoluxmaların sayının artmasına səbəb olacaq. İkincisi, oradakı insanlar özlərinə yemək və su alıb ümumi əşyalardan istifadə edəcəklər ki, bu da risklidir. Üçüncüsü, şəhərin müxtəlif yerlərindən gələn vətəndaşların eyni çimərliyə yığışmasıdır ki, bu da virusun digər bölgələrin sakinlərinə ötürülməsi riskini artırır”, – deyə Ş.Mövsümov bildirib.
O, bu prosesi planlaşdırmaq və təşkil etmək mümkün olacağı təqdirdə məhdudiyyətin qaldırılacağını qeyd edib: “Təəssüf ki, avqustun 5-dək buna nail olmaq mümkün olmayacaq. Ancaq qəbul edilmiş qaydaların riskləri azaldacağına əmin olsaq, avqustun 5-dən sonra bu məsələyə baxılacaq”.
Ancaq bəzi vətəndaşların çimərliklərə getmələri və dəniz sahilində istirahət etmələri heç kimə sirr deyil. Media.Az bunun mövcud karantin rejiminin pozub-pozmadığını Daxili İşlər Nazirliyi ilə dəqiqləşdirmək qərarına gəlib.
“Sərtləşdirilmiş karantin rejiminin bir hissəsi olaraq ictimai çimərliklərdən istifadə qadağandır. Ancaq bir vətəndaşın evdən çıxmaq icazəsi varsa, dəniz sahili ilə gəzə, təmiz havada ola bilər. Bu, karantin rejiminin pozulması deyil”, – deyə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Media.Az-a bildirib.
O xatırladıb ki, karantin rejimi şəraitində ictimai yerlərdə beş nəfərdən çox adamın toplaşması qadağandır.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi bu ilin 31 avqustuna qədər uzadılıb.
Əvvəlki yazı

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi (FOTO)

Sonrakı yazı

Bakını bürüyən tozun səbəi nədir? (RƏSMİ)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.