Xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
“Reportyor.info” TASS-a istinadən xəbər verir ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları bəyanatının müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini müzakirə ediblər.
“Həmçinin, ikitərəfli əməkdaşlığın aktual mövzuları və beynəlxalq gündəmdəki bəzi məsələlər müzakirə olundu”, – deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.