Rusiyanın Desenka gölünün üzərində yaranan buz örtüyü ilə oynayan yeniyetmə buz parçasının hərəkət etməsi səbəbilə köməksiz vəziyyətdə qalıb.
Reportyor.info xəbər verir ki, həmin vaxt sözügedən ərazidə olan bir balıqçı ona kömək edib. Belə ki, o balıqçı qarmağı vasitəsilə uşağı sahilə çəkib.
Məlumata görə, yeniyetmənin səhhətində heç bir problem yoxdur.