14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi

28 Oktyabr 2018, 22:03
Gündəm, Cəmiyyət
A A
Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi

Son günlər repressiyaların yeni dalğası başlayıb. İctimai fəallar oğurlanıb həbs olunur, həbsdə olan siyasi məhbuslara təzyiqlər göstərilir. Siyasi məhbusları müdafiə edən şəxslər və təşkilatlar hədəfə alınır. Çox maraqlıdır ki, adını “müxalifətçi”, “müstəqil” qoyan bəzi şəxslər bu repressiyalara qarşı çıxmaq əvəzinə, baş verənlərə etiraz edən bizləri hədəfə alıblar. Məqsədli və məkrli şəkildə son günlər adımın hallanması, guya mənim vasitəmlə “Rüfət Səfərovun öldürülməsi” nağılına, cəfəngiyyatına aydınlıq gətirmək istəyirəm.

Mən 2008- ci ildə polis orqanlarında baş verən qanunsuzluqlara etiraz əlaməti olaraq istefa verib ordan uzaqlaşmışam. 7GUN.az saytı yaradaraq jurnalist fəaliyyətinə başlamışam. Ölkədə dözülməz vəziyyəti, məmur özbaşınalığını rəhbəri olduğum saytda müəllif yazıları ilə kəskin tənqid etdiyimə görə 2014- cü ilin 30 avqust ayında şərlənib həbs olunmuşam. Qanunsuz olaraq 1 ay “bandotdel”- də saxlanmışam. Döyülüb təhqir olunmuşam. Ağır işgəncələrə məruz qalmışam. Etirafedici ifadə vermədiyimə görə hər iki ayağımın baş barmaqları çıxarılıb. Tanımadığım şəxslər üzümə qoyularaq siyasi sifarişlə 5 il həbs cəzası aldım.
Həbsdə olduğum müddətdə 4 Cəzaçəkmə Müəssisəsində olmuşam. Haqsız yerə 3 il 8 ay cəza çəkmişəm. 9 saylı CÇM- də olarkən azadlıqda olan yaxın bir dostumuz məni Rüfət Səfərovla tanış edərək ona dəstək olmamı xahiş etdi. Mən də o gündən Rüfət bəylə 6 ay bir yerdə olub ona əlimdən gələn dəstəyi göstərmişəm. Qarşılıqlı normal münasibətimiz olub. 22 avqustda 9 saylı CÇM- də dustaqlara qarşı baş verən qanunsuzluqlara Rüfət bəylə bir yerdə etiraz edib aclıq aksiyasına başladıq. Bizim hər ikimizi ayrı- ayrılıqda vəhşicəsinə döyüb “kars”-a saldılar. Döyülmə nəticəsində mənim 3 dişim və burnum sındı. Aldığım işgəncə nəticəsində səhhətimdə yaranan ciddi problemə görə Müalicə Müəssisəsinə göndərildim. Müalicə olunarkən öyrəndim ki, mənim adımdan Rüfət Səfərovun əleyhinə saxta izahat yazıblar. Mən dərhal bu saxtakarlığla bağlı Baş prokurorluğa və məhkəməyə müraciət etdim (Bu barədə məktubun surətini və göndərilməyə dair qəbzi saxlayıram). Məsələni ictimailəşdirdim (http://gozetci.az/article/index/7975). Təəssüflər olsun ki, Azərbaycan reallığına uyğun olaraq şikayətim bu günə qədər araşdırılmayıb.

Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi
Cavid Şirəliyev barəsində deyilən böhtanlara cavab verdi

Həmin hadisənin üstündən 1 ildən artıq vaxt keçəndən sonra iddia etməyə başlayıblar ki, guya hakimiyyət mənim vasitəmlə Rüfət Səfərovu “öldürmək” istəyib (!?). Guya mən Rüfət bəyin əleyhinə izahat yazmışam və ona görə azadlığa buraxılmışam. Guya mənim izahatımdan sonra onu döyüb “kars”-a salıblar. “Sübut” kimi də hökümətin paqonlu müstəntiqinin tərtib etdiyi saxta izahatı sosial şəbəkələrdə yayıblar. Paqonlu müstəntiqlərin qərar və izahatlarına sizin kimi inansaq onda gərək Rüfət Səfərov başda olmaqla bütün siyasi məhbuslar cinayət törədiblər. Amma sizdən fərqli olaraq biz onların saxta sənədlərinə deyil, gerçəkliyə və haqqa inanırıq. Digər tərəfdən həmin saxta izahatın mənə mənsub olmasını necə müəyyən etdiniz? Nədən bu izahat 1 il sonra yada düşdü? Sabah sizinlə də bağlı oxşar izahat meydana çıxsa biz də ona inanmalıyıqmı? (Qeyd; Prokurorluğa yazdığım imzalı əl yazma məktubumu statusun altına yerləşdirirəm. Xəttimə və imzama xüsusi ilə diqqət yetirin- red. ) Digər tərəfdən biz Rüfət bəylə eyni vaxtda işgəncələrə məruz qalıb, eyni gündə “kars”-a salınmışıq. Əgər hökümətin Allah etməmiş Rüfət bəyi öldürmək planı olsaydı onu mənli də, mənsiz də edərdi. Bir az ciddi olmaq lazımdır, özünüzü gülməli vəziyyətə salmayın.

Eyni zamanda mənim haqqımda Gəncə Apelliyasiya Məhkəməsinin qərarını Ali Məhkəmə ləğv edəndən 7 ay sonra azadlığa çıxmışam. Cəzanın ¾ hisəsini çəkəndən sonra. Tam bəraət üçün də yenidən məhkəməyə müraciət etmişəm. Onlarla siyasi məhbus məhkəmə qərarı ilə azadlığa çıxıb. Bu o deməkdir ki, onlar hakimiyyətlə razılaşıb? Cəfəng iddia və yanaşmadır. Başqalarından fərqli olaraq mən əfv ərizəsi yazmamışam və fəaliyyətimi qalan yerdən davam etdirirəm.

Mən həbsdən çıxandan sonra 7GUN.az saytının fəaliyyətini bərpa edib siyasi məhbusların, haqqı-hüquq tapdanan şəxslərin müdafiəsi istiqamətində əlimdən gələnləri etməyə çalışıram. Bakıda yataqxanada kirayədə qalıram. Başqaları kimi 60-70 minlik cip sürüb, 500 manatlıq ofis kirayələyib, şəhərin mərkəzində yaşamıram. Mənə qarşı baş verən oyunlara gülüb keçirəm. Və bütün bunlar haqqın və haqqı- hüququ tapdananlaın yanında olduğumdan baş verir.

Rüfət Səfərovla bağlı şəxsimə ünvanlanan ittihamlar qurama, uydurma və qərəzlidir. Heç bir əsası yoxdur. Bu dedi- qodular məni haqq bildiyim yoldan çəkindirə və mənim Rüfət bəyə münasibətimi dəyişdirə bilməz.

Rüfət Səfərovun ətrafında bu cür ucuz şou quranlara tövsiyyəm odur ki, ciddi şəkildə onun və digər siyasi məhbusların müdafiəsi ilə məşğul olsalar daha yaxşı olardı. Əgər belə niyyətləri və iradələri varsa…

Əvvəlki yazı

İkram Rəhimovun “açıq məktubu”na sözardı…

Sonrakı yazı

Gürcüstanda seçki bitdi, səslər sayılmamış təbriklər gəldi, Saakaşvili və keçmiş spiker çoşdu:”Asanlıqla təslim olmayacağıq…”

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.