05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

CAHANGİR HACIYEVİN XANIMI 334 MİNLİK DAŞ-QAŞ ALDI – İngiltərə qarışdı

30 İyul 2018, 00:17
Gündəm, Cəmiyyət
A A
CAHANGİR HACIYEVİN XANIMI 334 MİNLİK DAŞ-QAŞ ALDI – İngiltərə qarışdı

Lüks mülk, yaxşı şərab və xüsusi təyyarəsinin də daxil olduğu bir həyat tərzi sürən, lakin müəyyən səbəblərdən adı çəkilməyən bankirin həyat yolddaşı bir gün ərzində daş-qaş üçün 150 min funt-sterlinq (334 min AZN) xərclədiyi üçün Birləşmiş Krallıq Milli Cinayət Agentliyi tərəfindən məhkəmə işinə cəlb edilib.

Financial Times nəşri bildirir ki, iyulun 27-də London Ali Məhkəməsində xərcləmənin detalları ilə bağlı keçirilən dinləmədə MCA qadından 22 milyon funt-sterlinq (49 mln AZN) dəyərində olan əmlaka necə sahib olmasına aydınlıq verməsini tələb edib.

Kimliyi açıqlanmasa da, İnsider.az-ın əldə etdiyi məlumata əsasən, məhkəmə işinə cəlb olunan qadın Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşıdır.

MCA təsdiqləyib ki , xanım A kimi təqdim olunan qadının həyat yoldaşı öz şəhərlərində dövlət bankında işlədiyi vaxtda pul mənimsəyib və qadın həmin pul hesabına özünə əmlak alıb. Avropa İqtisadi Zonasından kənarda yerləşən şəhərin də adı da qeyd edilməyib. MCA tərəfindən xanım A-ya qarşı aparılan İzahedilməyən Sərvət Hökmü (İSH) 50 min funt sterlinqdən çox aktivləri olan şəxslərə qarşı götürülən ölçüdür. Qeyd edək ki, İSH gəlirlərinin az olduğu halda bu qədər sərvətə necə sahib olduqlarını açıqlamalarını tələb edir.

Həmçinin bu hökm Birləşmiş Krallıqda və xaricdə ciddi kriminal fəaliyyətdə şübhəli bilinən şəxslərə, siyasətçilər, mülki qulluqçular, onların ailə üzvləri və ya onlara yaxın adamlara qarşı tətbiq edilə bilər.

Xanım A bildirir ki, həyat yoldaşı dövlət işçisi olmayıb və əldə etdikləri sərvət ona kommersiya bankının əməkdaşı kimi leqal yolla gəlib.

Qeyd edək ki, hakim sonda öz hökmünü açıqlayacaq.

Məhkəmə xanım A-nın 16.3 milyon funt (36 mln AZN) da daxil olmaqla Naytbricdəki Harrods mağazasında olan nəhəng xərcləmələri barədə dinləmələr aparıb.

Bir neçə il öncə cənab A varlı investorlar üçün olan vizaya müraciət edib. Xanım A-nın vəkili Ceyms Levis bununla bağlı deyib ki, cənab A mülki qulluqçu deyil: “Onların böyük imkanı olub və Davosa səfər ediblər… Bunlar hamısı kommersiya fəaliyyətinin tərkib hissəsidir. Xanım A-nın xərcləri göstərir ki, onun əhəmiyyətli dərəcədə pulu olub və həmin pulu heç bir cinayət üçün sərf etməyib”.

Financial Times qeyd edib ki, cənab A kütləvi aldatma hallarına görə həbs edilib. Məsələyə münasibət bidlirən vəkil isə deyib ki, bu ədalətsiz qərardır.

Xanım A sahib olduğu sərvətə görə pul yuyulmasında şübhəli bilinə bilər.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri C. Hacıyev və daha 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunmuşdu. 2016-cı il otyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində C.Hacıyev qeyd edilən maddələr üzrə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda hökmə əsasən Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 min dollarlıq qol saatı, üzərində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri Cahangir Hacıyev yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə müsadirə olunmuşdu. Məhkəmə həmçinin Cahangir Hacıyevdən banka dəymiş zərərin ödənilməsi ilə də bağlı qərar çıxarmışdı. Sabiq bankirə banka qaytarılmayan kreditlərə görə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub və bu məqsədlə ondan 63 milyon 800 min tutulmasına qərar verilib.

Əvvəlki yazı

Keçmiş deputatın oğlundan inanılmaz Adnan Oktar açıqlaması: “Atam ölən kimi, anamı qandırıb”

Sonrakı yazı

Londonda 185 milyon dollara malikanə alan Azərbaycan vətəndaşı kimdir?

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.