Bu ilin aprel ayının 25-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 4 və Əliheydər Qarayev küçəsi 84C və 84F ünvanlarında yerləşən obyektin tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 5 332,3 kv. metr olan obyektin sifarişçisi “Gazelli Group” MMC-dir.
Məlumat üçün bildirək ki, “Gazelli Group” MMC-nin sahibi “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Nizamnamə kapitalı 41 milyon 160 min manat olan “Gazelli Group” MMC 08.05.2009-cu tarixində dövlət qeydiyyatına alinib.
Zərifə Həmzəyeva eyni zamanda nizamnamə kapitalı 154 milyon 601 min 370 manat olan “Premium Bank” ASC-nin səhmlərinin 84,48%-nə sahibdir. Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.
Discussion about this post