Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (KDCA) tərəfindən edilən açıqlamada, yaxın zamanda səyahət tarixi olmayan bir şəxsdə meymun çiçəyi virusunun aşkar edildiyi açıqlandı.
Bildirilib ki, xəstə aprelin 3-ü bazar ertəsi dəri səpgiləri şikayəti ilə xəstəxanaya gəlib və cümə axşamı meymun çiçəyi şübhəsi kimi qiymətləndirilib və analizin nəticəsi müsbət çıxıb.
Ölkədə ümumi yoluxma sayının 6-ya yüksəldiyi bildirilərkən, digər 5 xəstənin xaricə getdiyi, sonuncu xəstənin isə son 3 ayda xaricə getmədiyi və yoluxmuş şəxslə məlum təmasın olmadığı vurğulanıb. Xəstənin səhhətinin yaxşı olduğu bildirilib.
Cənubi Koreyada meymun çiçəyinə ilk yoluxma halı ötən il iyunun 22-də, beşincisi isə bu il martın 13-də aşkarlanıb.