Cənubi Koreyanın cənub-şərqindəki Sonqnam şəhərindəki Sunae metro stansiyasında səhər saatlarında nasazlıq yaranan eskalator əks istiqamətdə hərəkət edib.
İstiqamətini qəfil dəyişən pilləkənlərdə olan sərnişinlər müvazinətini itirərək pilləkənlərdən yıxılıblar.
Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına əks olunarkən 14 nəfərin yaralandığı açıqlanıb.
Kürək və ayaq nahiyəsindən xəsarətlərlə xəstəxanaya çatdırılan 3 nəfər müalicədən sonra evə buraxılıb.
Heç kimin həyatına təhlükə olmadığı bildirilib.
Arızanın səbəbi ilə bağlı araşdırmalara başlanılıb.