Cənubi Afrikanın Pietermaritzburq şəhərində ferma evinə silahlı şəxslər tərəfindən basqın edilib. Polisin verdiyi açıqlamada evin ətrafına pusqu quran hücumçuların 7-si qadın olmaqla 10 nəfəri öldürdüyü bildirilib.
Hücumdan sonra hadisə yerinə gələn polis qrupları ətrafı təhlükəsizlik kordonuna alaraq əməliyyata başlayıb.
Polisin verdiyi açıqlamada 2 təcavüzkarın tutulduğu, bir təcavüzkarın isə güllələnərək öldürüldüyü bildirilib. Polisin digər təcavüzkarı axtardığı qeyd edilərkən, hadisə yerində 3 silahın ələ keçirildiyi bildirildi.
Hücumun səbəbi hələ məlum olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.
Hər il təqribən 20 min qətlin qeydə alındığı Cənubi Afrika Respublikası dünyada ən yüksək cinayət nisbətinə malik ölkələrdən biri kimi tanınır.