Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-yƏ çağırılıb.
Bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb.
Onun DTX-dƏ şahid qismində dindiriləcəyi bildirilir.
Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-də şahid qismində ifadə verib.




















