Cəlilabad rayon 2 saylı tam orta məktəbində şagirdlər arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.
Reportyor.info xəbər verir ki, həmin məktəbin 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü Hacıyev Nazim Aqil oğlu 9-cu sinif şagirdləri olan Əhmədov Xəzani Tərlan oğluna və Astanov Vahid Vidadi oğluna mübahisə etdikdən sonra bir neçə bıçaq zərbəsi ilə xəsarət yetirib.
Bıçaqlanan hər iki şagird Təcili Tibbi Yardım Maşını ilə Cəlilabad RMX-na çatdırılıb.Mərkəzi Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şagirdlərin vəziyyəti normaldır. Onlar ambulator müalicə üçün evə buraxılıb.
Cəlilabad rayon 2 saylı tam orta məktəbin direktoru Sayyad Bağırov isə belə bir hadisənin olmadığını iddia edib.
Bəzi məlumatlara görə, şagirdləri bıçaqlayan Hacıyev Nazim Aqil oğlunun yuksək vəzifəli məmurun oğludur.
Turantv.az