13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

”Cənab prezident yalvarırıq, bizi Elxan Süleymanovun zülmündən xilas et”

09 İyun 2018, 18:03
Seçmə, Manşet
A A
”Cənab prezident yalvarırıq, bizi Elxan Süleymanovun zülmündən xilas et”

”Mərkəzdən 220 km məsafədə yerləşən Göyçay həmişə sayılıb-seçilən rayonlardan olub. Rayonda son dövrlərdə görülən abadlıq-quruculuq işləri çox yüksək axarı ilə davam etməkdədir. Lakin bu işlərə kölgə salan insanlar az deyil. Belə insanlardan biridə əslən Göyçaydan olan, Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovdur. Elxan Süleymanov müsiqiçi olduğuna görə əvvəllər pulu toylardan çıxırdı. Lakin sonralar həyat onun üzünə güldükdən sonra biznesə qoşulub və çox sayda var-dövlətə yiyələnib. Bu var-dövlət onu o qədər çaşdırıb ki, böyüyüb boya-başa çatdığı rayona qənim kəsilib”. Bu fikirlər deputat Elxan Süleymanovdan şikayətçi olan bir qrup Göyçay sakininin Criminal.az sayıtna göndərdiyi müraciətdəndir.

”Bu torpaqları o vaxt rayon kurartoru sayılan Ziya Məmmədov Elxan müəllimə peşkəş edib”
Şikayətçilər bildirir ki, E.Süleymanovun yüzlərlə ailəni çörəksiz qoymasını ona bağışamaq olmaz: ”Özünü həmişə hakim ailənin üzvü kimi qələmə versə də, ilk qanunsuz fəaliyyəti Heydər Əliyev Fondu tərəfindən himayəyə götürülən Göyçay şəhərində yerləşən kasıb və kimsəsizlər üçün nəzərdə tutulan internat məktəbinin həyətində qanunsuz olaraq mağazalar şəbəkəsi tikdirib. Bu gün həmin mağazalardan hüç biri fəaliyyət göstərmir. Rayonda fəaliyyət göstərən iri ticarət obyektlərinin çoxu Elxan Süleymanova məxsusdur. O da həmin obyektləri baha qiymətə icariyə verib.

Onun nəticəsidir ki, bu gün Göyçayda qiymətlər digər rayonlardan dəfələrlə bahadır. Bəlkədə bu qanunsuzluqlara göz yummaq olardı. Ancaq onun bu yaxınlarda yüzlərlə ailəni çörəksiz qoymasını heç cür bağışlamaq olmaz. Bir neçə il qabaq keçmiş nəqliyyat naziri Ziya Məmmədovla yaxın münasibətləri nəticəsində indi Ucar rayon İcra Hakimiyyətinin başcısı, o vaxt Göyçay rayon İcra Hakimiyyətinin başcısı Mənsur Məmmədovdan Göyçay çayının tən ortasından 100 hektardan böyük ərazini pay alaraq zəbt edib. Burada özü üçün qanunsuz villalar tikdirib. Bu qanunsuz işğaldan gözü doymayıb, çaya yaxın yaşayan əhalinində torpağını zəbt edərək öz ərazisinə qatıb. Bu qanunsuz əməllə barışmayan əhalini keçmiş icra başcısının məmurları başa salaraq bildiriblər ki, xeyri yoxdur şikayətin, bu torpaqları o vaxt rayon kurartoru sayılan Ziya Məmmədov Elxan müəllimə peşkəş edib. Doğrudan da şikayətlərin heç bir nəticəsi olmadı. Elxan Süleymanov zəbt etdiyi ərazidə 10-na yaxın qanunsuz 2-və 3 mərtəbəli villalar tikdirib. Hər gün demək olar ki, bu villalarda kef məclisləri qurulur və qonaqlıqlar verilir. Ancaq nəinki rayon əhalisi çaya çimməyə gedə bilir, hətda çay ətrafı əhali əkinlərini suvarmaq üçün sudan belə istifadə edə bilmir və suya həsrət qalıblar”.

Əksinə E.Süleymanovun şikayətinə görə bu gün Göyçayda qanuni fəaliyyət göstərən 10-dan yuxarı daş karxanası bağlanıb. Səbəb göstərilib ki, guya bu daş karxanaları suyun səviyyəsini aşağı salıb, ətraf evlərə külli miqdarda ziyan vurub. Elxan Süleymanov yaxın qohumları vasitəsiylə vətəndaşlara şikayət məktubuna qol çəkdirərkən bildiririb ki, guya Elxan müəllim prezidentə göyçaylılar adından məktub hazırlayıb ki, Göyçay çayı boyunca park salınsın və buradan bir başa Qəbələ rayonuna yol açılmasına kömək etsin. Lakin gec də olsa əhali aldandığını başa düşərək bilib ki, prezidentə və korrupsiya idarəsinə imza atıb göndərilən məktub rayonda fəaliyyət göstərən daş karxanalarının bağlanması üçündür. Lakin E.Süleymanovun şikayətinin səbəbi odur ki, qanunsuz zəbt etdiyi 100 hektar ərazinin içindən keçən çay daha oradan keçmir və onun gələn qonaqları burada çimib balıq tutub şənlənə bilmirlər.

Çayın məcarasının qismən dəyişməsi bununla deyil yağan leysan yağışlar və çayın yuxarı hissəsində tikilən bənddir. E.Süleymanov bütün bunları bəhanə edərək qanuni fəaliyyət göstərən 10-dan yuxarı daş karxanasını bağlatmışdır. Bu gün bunun nəticəsidir ki, rayonda fəaliyyət göstərən karxana olmadığına görə qum və çınqıl Mingəçevir şəhərindən gəldiyinə görə bahadır və qıtdır. artıq rayonda bahaçılıqdan və qıtlıqdan yenicə tikilməkdə olan obyektlər yaşayış evləri tikintini dayandırıb. Bir Kamazı 70-80 olan qum bu gün 300-350 manata, Kamazı 40-50 manat olan çınqıl 150 manata qalxıb. Bu yaxınlarda Süleymanovun qohumlarından biri deyib ki, Elxan müəllim deyir ki, yaxın vaxtlarda karxanalar mənim olacaq və mənim rəhbərliyim altında fəaliyyət göstərəcək. Burada xoruzun quyruğu artıq görünməyə başlayır. Bax bu gün daş karxanalarının bağlanmasının əsas səbəblərindən biridə budur.

Şikayətçilər prezidentdən və 1-ci Vitse prezident Mehriban Əliyevadan xahiş edir:
1. E.Süleymanovun özəlləşdirdiyi yaşayış binalarının qanuniliyi araşdırılsın.
2.Həmişə qururla dediyi ”hakim ailənin üzvüyəm” sözünə aydınlıq gətirsin ki, hansı səbəbdən Mehriban xanımın himayəsində olan kimsəsizlər və kasıblar üçün nəzərdə tutulan məktəbin həyətində bu gündə yetimlərin ahu ucbatındancəmi açılandan sonra 3 ay fəaliyyət göstərən 20-yə yaxın mağazanı niyə tikib. Budurmu onun hakim ailəyə münasibəti və qoyduğu hörmət. Xahiş edirik ki, bu qanunsuz tikililər sökülsün yetimlərin haqqı bərpa edilsin.
3 Ona Ziya Məmmədov tərəfindən pay verilən 100 hektar ərazidə tikilən 10-na yaxın qanunsuz villalar sökülsün, həmin torpaqlar yenidən bələdiyyənin mülkiyyətinə və istifadəsinə qaytarılsın. Torpağı qanunsuz zəbt edənlərə qarşı cinayyət işi qaldırılsın.
4.E.Süleymanovun qanunsuz şikayəti əsasında bağlanmış 10-dan yuxarı karxananın fəaliyyəti bərpa edilsin ki, burada çalışan 200 nəfər işçi yenidən öz ailəsinə pul apara bilsin və rayon büdcəsinə və dövlət büdcəsinə vergi ödənsin. Elxan Süleymanovun sapatajına son qoyulsun.Bir soruşan yoxdur ki, ay Elxan müəllim, sən Şamaxının deputatısan get oranın problemləri ilə məşğul ol, sənin Göyçayda nə işin var?
”Bir soruşan yoxdur ki, sən Şamaxının deputatısan, Göyçayda nə işin var?”
Şikayət məktubunda daha sonra qeyd olunub: ”Biz hələdə başa düşə bilmirik rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Nazirlər Kabinetinin qərarı yoxdursa, prezidentin sahibkarlığın və regionların inkişafı haqqında, yeni iş yerlərinin yaradılması haqqında fərman və sərəncamları üstündür, yoxsa Göyçaya heç bir aidiyyatı olmayan Şamaxının deputatının yalan və böhtan dolu şikayəti? Əgər Elxan Süleymanovun hökmü bu qanunlardan üstündürsə, cənab prezident onda dövlətə vergi rüsumu ödəyən, bütün prosedur qaydalardan keçən bu karxanalara icazə vermiş şəxsləri cinayyət məsulliyətinə cəlb edilməsinə göstəriş verəsiniz. Bir soruşan yoxdur ki, ay Elxan müəllim, sən Şamaxının deputatısan get oranın problemləri ilə məşğul ol, sənin Göyçayda nə işin var? Bu sual ona dövlət səviyyəsində verilərsə yəqin ki, cavabsız qalacaq. Biz Göyçay rayon İcra Hakimiyəti Başcısından rayonun seçilən millət vəkilləri Sabir Hacıyavdən və Elman Nəsirovdan xahiş edirik ki, ölkə başcısına və Milli Məclisə təqdimat yazsın ki, E.Süleymanovun qanunsuz əməllərinə son qoyulsun”.

”Cənab prezident biz inanırıq ki, haqq-ədalət öz yerini tapacaq. Sizin keçən il göstərişinizdən sonra Hacıbala Abutalubov tərəfindən sökülən dəniz kənarındakı qanunsuz villalar kimi yenə müdaxiləniz nəticəsində, E.Süleymanovun qanunsuz zəbt edib çayın içində tikdirdiyi 10-na yaxın 2 və 3 mərtəbəli villalar söküləcək, bağlanmış və 200 nəfərin işsiz qaldığı karxanalar açılacaq. Azərbaycanda ilk dəfədir ki, Milli Məclisin deputatı dövlət başçısının əleyhinə gedərək, özü də seçilmədiyi rayonda öz şəxsi marağı üçün sahibkarlardan şikayət edə ,onlara məxsuz olan obyektləri bağlatdırıb əhalini işsiz qoya. Görəsən ona kim bu cəsarəti verib? Başı sahibkarlardan şikayət yazmağa və yazdırmağa qarışan, qanunsuz tikdirdiyi villalarda kef məclislərinə qarışdığından Avropa Parlament Asambleyasında Azərbaycanı layiqincəsinə təmsil edə bilmədiyinə görə Azərbaycan rəhbərliyi tərəfindən nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad ediləndən sonra hikkəsindən Milli Məclisin iclaslarında iştirak etməyən, işi-gücü xaricdə gəzməklə keçirən bu insan haqqında tədbir görüləcəkmi?”-şikayətçilər ümidli olduqlarını vurğulayıblar.

Əvvəlki yazı

MTN-in şöbə rəisinin həyat yoldaşı müsadirə olunan əmlakları tələb edir

Sonrakı yazı

”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.