05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bütün pullar Arif Əsgərovun oğlundadır” – mənimsəmə işinin yeni təfərrüatları

10 Dekabr 2018, 10:50
Gündəm
A A
“Bütün pullar Arif Əsgərovun oğlundadır” – mənimsəmə işinin yeni təfərrüatları

Sabiq nazir müavininin bacanağı: “Oğlumda Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun yaxın qohumunun cinayət işi üzrə proses davam edir. Məhkəmə qarşısına çıxarılan Rahib İsmayıl oğlu Hüseynov Arif Əsgərovun baldızının oğludur. Dələduzluqla külli miqdarda pulu ələ keçirməkdə təqsirləndirilən R.Hüseynov ittiham üzrə özünü təqsirli bilmir. Deyir ki, pulları müxtəlif vəzifəli şəxslərdən alan xalası oğlu Elnar Arif oğlu Əsgərovdur. O, sadəcə, alınan pulların hesabatını aparıb və həmin pullara görə ödənən faizləri verib.

Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi – Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a geniş danışıblar.

Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov da qeyd etdiyimiz kimi, hazırda hakim qarşısındadır. İsmayıl Hüseynov ötən gün növbəti dəfə dövlət rəhbərliyinə müraciət edərək, kömək istəyib.

d01cb8c5-297b-44f4-93b0-415b202df272.jpg (103 KB)

“Pulu Arif Əsgərovun oğlu Elnar Əsgərova vermişəm”

O deyir ki, övladlarım Eminin və Rahibin işi üzrə ədalətli araşdırma aparılmasını istəyir: “Araşdırsınlar, görəcəklər ki, pullar kimdədir. Mənim uşaqlarım sadəcə işçi olublar. Bu məsələ düşünülmüş şantajdır. 2014-cü ildə oğlum Rahibin işi xitam olundu. Ona görə ki, 21 milyon manat qaytarıldı. İş üzrə 10-a yaxın zərərçəkən vardı. Arif Əsgərov 2 nəfər istisna olmaqla, bütün zərərçəkənlərin pulunu ödədi. 2 nəfərin pulunu ödəmədilər, saxladılar.

Həmin zərərçəkənlərdən biri oğlum Emin Hüseynova qarşı cinayət işində saxlanıldı. Zərərçəkən Emin Məmmədovun pulunu vermədilər. Bunu təsdiq edən Emin Məmmədovun səs yazısı da var. Həmin səs yazısında Emin Məmmədov deyir ki, mən pulu Arif Əsgərovun oğlu Elnar Əsgərova vermişəm. Ancaq hakim M.Xankişiyev bunu nəzərə almaq istəmir. Nə də müstəntiq bu məqamı araşdırmır ki, həqiqət üzə çıxsın. Hamı bilir ki, bizdə o qədər pul olmayıb. Bütün pullar Arif Əsgərovun oğlu Elnardadır.  Müstəntiq deyir sən kimsən, nə gücün var? Onlara gücün çatmaz.

e39e045b-18ce-49e2-ade4-bd3df8714fac.jpg (139 KB)

Zərərçəkmiş Qoşqar Zeynalovun da pulunu qəsdən ödəmədilər. Onu da oğlum Rahib Hüseynovun işində zərərçəkən kimi saxladılar. Qoşqar mənim evimdə dedi ki, mən çoban oğluna pul vermərəm. Gedin Arif Əsgərova deyin pulu versin. Bizim mal-heyvan saxladığımızı bilib belə deyirdi. Bilirdi ki, pullar Elnar Əsgərovdadır.

Məmurun sahibkarlıqla, bizneslə məşğul olması qadağandır. Bu adamlar özləri kənara dayanıb arvad-uşaqlarını qabağa verirlər. Mənim oğlumda Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var. Vəzifəli şəxslər 5-6 il yüz minlərlə faiz alıblar. Mənim oğlum bu işdə sırf işçi olub. Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir. Qeydlər var, Elnar Əsgərova pul verənlər 5 il faiz alıb. Hamısı da imkanlı adamlardır. Gəlib istintaqla anlaşdılar və getdilər. İndi Arif Əsgərov vəzifədən çıxandan sonra həmin pulların kökünü vermir. Deyir yaxşı edirəm, nədən qorxacam, vəzifəm yox, pulum yox. Heç kim də o qapıya gedib pul istəyə bilmir.

Elnar ÆsgÉrov musavat.com ile ilgili görsel sonucu

Elnar Əsgərov

Qapıda çoxlu mühafizəçi polis var. Mən yoldaşımla gedib dedim ki, borcluların pulunu verin. Bizim uşaqlar da azad olsun. Elnar Əsgərov bizi Binəqədi polisinə verdi ki, xalam bizi narahat edir, öldürməyə gəlir.  Elnar Əsgərov bizə deyir ki, ay bədbəxtlər, siz nə edə bilərsiniz? Hər şey pulla ölçülür. Dərman almağa pul tapmırsınız. Biz də deyirik ki, bəli Elnar, pulumuz yoxdur, amma  dövlətimiz var”.

0a3456f0-c544-4d10-990b-fab24f1f81ba.jpg (294 KB)

Qeyd edək ki, Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyir, sübut kimi əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edir.

Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. Rahib Hüseynovun atası İsmayıl Hüseynov deyir ki, övladları böyük haqsızlığın qurbanıdır, dövlətdən kömək istəyir.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Əvvəlki yazı

Deputatlığı kimi “Qaçqınkom” şefliyi də fıs çıxan məmur: “Nolsun Mehriban Əliyeva ərizə göndərib…” – Video

Sonrakı yazı

Poladov və Manafovsuz ekspressionizmin ağ-qara rəngləri…

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.